Modern.az

Gürcüstanın başlatdığı Erməni taktikası”, yaxud düşmənçiliyə gedən yol...

Gürcüstanın başlatdığı “Erməni taktikası”, yaxud düşmənçiliyə gedən yol...

Analitika

21 İyul 2020, 09:34

Bu günlər mediamız Ermənistan ordusunun Azərbaycanla sərhəddə iyulun 12-dən başlamış və dörd gün davam edən xain təcavüz əməlinə əvvəlcədən hazırlıq görüldüyünə dair yeni sensasion faktlar üzə çıxarıb və bu faktlar xalqımızın nümayəndələrinin böyük bir hissəsini hiddətləndirib: "Məlum olub ki, həmin təcavüz əməliyyatından bir neçə gün əvvəl Serbiyadan Ermənistana iri partiyada müxtəlif çaplı minaatan mərmiləri çatdırılıb. Həmin sursat quru yoluyla, Gürcüstan üzərindən Ermənistana keçirilib. Habelə sosial şəbəkələrdə bu ərəfələrdə Gürcüstan üzərindən Ermənistana “KamAZ” avtomobilləri ilə Rusiyadan digər hərbi ləvazimatlar, o cümlədən minatanlar və “Qrad” qurğuları üçün launçerlərin daşındığı haqda məlumatlar yayılıb. Azərbaycan hökuməti minatan mərmilərinin Ermənistana Serbiyadan və Gürcüstan üzərindən çatdırıldığına dair təkzibedilməz məlumatlara malikdir".

 

Ermənistanın taktikası

 

Söhbətimin əvvəlində məqsədə uyğun olaraq hər birimizi dərindən yaralayan və unudulmayacaq dərdlərə-problemlərə yol açan bir tarixi hadisəni yadınıza salmaq istərdim:

 

"1983-cü il aprelin 24-də ermənilər genosid gününü bəhanə edərək İrəvan şəhərinə bitişik Masis (Zəngibasar) rayonunun mərkəzində (Uluxanlıda) azərbaycanlılar yaşayan evlərə basqınlar etmiş, qəsəbədəki qəbiristanlıqda qəbir daşlarını qırıb dağıtmışdılar. Müdafiəsiz əhali Türkiyə sərhədinə sığınmağa məcbur olmuşdu. Yalnız hərbiçilər işə qarışdıqdan sonra azğınlıqlara son qoyulmuşdu. Bu cür hadisələr İrəvan şəhərində və azərbaycanlıların kompakt şəkildə yaşadıqları Ermənistanın 22 rayonunda müxtəlif vaxtlarda, müxtəlif formada baş verirdi…”.

 

"1988-ci il iyunun 15-də Ermənistan SSR Ali Sovetinin sessiyası DQMV-nin Ermənistana birləşdirilməsi haqqında qərar qəbul edərək SSRİ Ali Sovetinə müraciət ünvanladı ki, buna razılıq versin. Azərbaycan SSR Ali Soveti iyunun 17-də bu qanunsuz tələbi rədd etdikdən sonra Ermənistandakı azərbaycanlıların vəziyyəti daha da ağırlaşdı.

 

İyunun 17-20-də İrəvanda Teatr meydanında toplaşan silahlı erməni dəstələri İrəvan ətrafında azərbaycanlıların kompakt yaşadıqları Masis (Zəngibasar) rayonunun mərkəzinə, Zəngilər, Zəhmət, Dəmirçi, Dostluq, Nizami, Sarvanlar kəndlərinə basqınlar etdilər. Müdafiəsiz on mindən çox azərbaycanlılar Sovet-Türkiyə sərhədinə toplaşmış, orada gecələməyə məcbur olmuşdular. Həmin günlər 20-dən çox azərbaycanlı yaralanmışdı. Rayon mərkəzi Masisdən 3 mindən çox azərbaycanlı evlərindən çıxarılmışdı. Bütün bu iğtişaşlar zamanı SSRİ Daxili İşlər Nazirliyinin rayonda olan qüvvələri hadisələri müşahidə etməklə kifayətlənmişdilər.”

 

Bu hadisələri boş yerə xatırlatmadım. Hadisələrin gedişatı nəinki tək bizim, hətta bütün dünyanın gözü qarşısında baş verdi. Ermənistanda belə qızışdırıcı hadisələrin məntiqi nəticəsi olaraq Azərbaycan xalqı öz ata-baba yurdunda düz 3 dəfə - 1905-1920, 1948-1950, 1988-1992 –ci illərdə deportasiyalara məruz qalıb və hazırda Qərbi Azərbaycanda yaşayan azərbaycanlıların yüzlərlə yaşayış məntəqəsini yerlə-yeksan edib, 30 minə yaхın evi dağıdıb və yandırıb, qoca, uşaq və qadınların da daхil olduğu 140 min insanı vəhşicəsinə qətlə yetirib, 750 mindən artıq azərbaycanlı Qərbi Azərbaycandan didərgin salınıb. Sonuncu deportasiyada - 1988-ci ildə isə 220 mindən artıq azərbaycanlı erməni vəhşiliyinə tab gətirə bilmədiyindən doğma yurd-yuvalarını tərk edib. Bundan sonra ermənilər Qərbi Azərbaycandan azərbaycanlıların izini itirmək məqsədilə buradakı qəbiristanlıqları, tariхi mədəni abidələri, dini müəssisələri, məktəb, хəstəхana və digər binaları darmadağın edib. Təkcə1988-ci ildən sonra Qərbi Azərbaycanda ermənilər azərbaycanlılara məхsus 2000-dən artıq qəbiristanlıq dağıdılıb. Ermənilər tariхən millətimizə qənim kəsildikləri halda bu faktlar gizlədilib, dünya ictimaiyyəti isə bu məsələlərə diqqətsizlik göstərib.

 

Gürcüstanın başlatdığı "Erməni taktikası"

 

Zənnimizcə, Gürcüstanda yaşayan soydaşlarımıza sahib çıxmalıyıq... Onlara qarşı dövlət səviyyəsində hücumlar, hədələr, bezdirici hərəkətlər edilir... Təhlükəli vəziyyət yaranıb və bundan ən çox əziyyət çəkənlər isə soydaşlarımızdı. Azərbaycan Dövləti buna bir əncam çəkməlidir!

Təhlükə demişkən, mayın 30-da gürcülərlə azərbaycanlılar arasında böyuk bir qarşıdurma (dava) oldu. Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti bəyanat yayıb..

"Gürcüstanın Kvemo Kartli və Kaxeti bölgələrində etnik gürcülər və azərbaycanlılar arasında qarşıdurmanı alovlandırmağa cəhd edən bir neçə qrup və bir sıra vətəndaşlar var. Həmin şəxslər etnik azərbaycanlıların sıx yaşadıqları bölgələrdə illər ərzində toplanmış problemlərdən təhrif olunmuş vətənpərvərlik düşüncələrinə əsaslanaraq mənfi kontekstdə istifadə edirlər".

Uzun sözün qısası, GDTX deyib ki, guya gürcülər azərbaycanlılara qarşı çox mehribandı, amma kimsə (???) gəlib "aranı qarışdırır...".

Adama deyərlər ay GDTX , bəs sən hara baxırsan ki, kimsə gəlib sənin dövlətinin içində qırğın salsın? Ötən illəri demirəm, yalnız bu ilin bir neçə insidentinə nəzər salaq:

 

  1. Gürcüstanda azərbaycanlılar və gürcülər arasında kütləvi dava - 14 yanvar 2020
  2. Azərbaycanlı və gürcü gənclər arasında kütləvi dava olub, xəsarət alanlar var - 12 mart 2020
  3. Azərbaycanlılar kütləvi etiraz aksiyası keçirdilər – 20 aprel 2020
  4. Azərbaycanlılar yaşayan ərazidə İNSİDENT - 1 may 2020
  5. Və iyunun əvvəlində baş verən eynitipli olay....

 

Gələcək faciələrin dəhşət siqnalı...

 

Diqqətimi daha bir açıqlama cəlb etdi, bunuda sizin nəzərinizə catdırmağı özümə bordc bilirəm. Gürcüstanın Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze Tiflisdə keçirdiyi brifinqdə deyib ki, gürcülər və ermənilər qardaş xalqlardır və hər zaman bir-birlərini dəstəkləyiblər:
“Biz qardaş xalqlarıq, hər zaman bir-birimizi dəstəkləyirik və Ermənistan Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi ilə yaxşı münasibətlərimiz var. Əgər Ermənistan hər hansı bir köməyə ehtiyac duyursa, biz səlahiyyətimizə əsaslanaraq kömək etməyə hazırıq”.

 

Gürcüstanın həmişə Ermənistana yardım əli uzatdığını və bu ölkənin yanında olduğunu bildirib: "Əminəm ki, Gürcüstan hökuməti və Səhiyyə Nazirliyi bundan imtina etməyəcək, əksinə, hər cür səy göstərəcəklər. Əvvəlcə Ermənistan Səhiyyə Nazirliyi bu məsələni qaldırmalıdır və sonra əminəm ki, Gürcüstan bunu məmnuniyyətlə qəbul edəcək. Bildiyiniz kimi, gürcülər Spitak zəlzələsi zamanı digər millətlər arasında Spitaka ilk gəlmişdilər”.

Əlavə etmək yerinə düşər ki, Gürcüstan həmişə Ermənistan-Azərbaycan münaqişəsində "məsafəli” dayanıb. Yəni, bu "məsafə” heç də Azərbaycanın xeyrinə olan mövqe kimi görünməyib. Söhbət istər 2008-ci ildə Abxaziya və Cənubi Osetiyada həyata keçirilən işğal, istərsə də bundan əvvəl və bundan sonrakı dönəmlərdə ona qarşılıqsız yardım əli uzadan və xüsusi güzəştlərlə neft-qaz satan Azərbaycana həmin Gürcüstanın münasibətindən gedir. Xəbərdə deyilir: "İşğala məruz qalan Gürcüstandan fərqli olaraq, Azərbaycan həmişə bu ölkənin ərazi bütövlüyünə dəstəyini ifadə edib”.

 

Amma Dağlıq Qarabağ münaqişəsinə "ümumi” yanaşma sərgiləyən Gürcüstan zaman-zaman Azərbaycana qarşı ərazi iddialarını dilə gətirib. Bu azmış kimi, Ermənistana silah-sursat sata biləcəyini ən yüksək səviyyələrdə bildirib. Baxmayaraq ki, Abxaziya müharibəsi zamanı dinc gürcülərə qarşı ən dəhşətli cinayətləri Baqramyan batalyonu törədib, amma nədənsə, zaman-zaman Tiflisdən ermənilərə qardaşlıq mesajı verilb.

 

"David Qareçi”, yoxsa "Keşikçidağ?

 

2019-cu ilin yazında "Keşikçidağ" sərhəd zastavasının xidməti ərazisində baş verən olaylar əslində səngimək bilməyən bir insidentin ən tutalı səbəbi oldu. Gürcü fəalları hücum edərək ərazidə keşik çəkən iki Azərbaycan əsgərinin silahını əlindən almışdılar, sosial mediada yayılmış, hadisə şahidləri tərəfindən çəkilməsi ehtimal olunan görüntülər böyük rezonansa səbəb oldu.

 

Videogörüntülərdə azərbaycanlı əsgərin öz həmkarına "onlara de, bizim avtomatı versin" dediyi eşidilir. Görüntülərdə həmçinin, bəzi gürcü fəalların Azərbaycan əsgərlərinin üzərinə yeriyib, onlara suallar verməsi də müşahidə olunur. Videoda hadisə yerində Gürcüstana məxsus hərbi geyimdə olan şəxslər də görünür.

Gəlin diqqət edək, Gürcüstanın rəsmi dövlət adamlarının bu qarşıdurmaya münasibəti necə idi?

 

Gürcüstanın prezidenti Salome Zurabişvil....

 

Azərbaycana qarşı təxribatçı davranışı və bəyanatı ilə yadda qalan Gürcüstanın prezidenti Salome Zurabişvili hələ ölkəsinin xarici işlər naziri vəzifəsində çalışarkən də ölkəmizin ünvanına xoşagəlməz çıxışları ilə sələflərindən seçilib. Azərbaycan xalqına qarşı hədsiz dərəcə də nifrəti hələ prezident seçkilərində artırıb. O vaxt azərbaycanlıların böyük bir qismi hazırki prezidentə deyil, Mixeil Saakaşviliyə səs vermişdi. Bunun da hayıfını Salome xanım cox açıq şəkildə almağı bacardı. Belə ki, erməni terrorcu, Azərbaycan xalqının qanına əli batmış Mixeil Avayana Gürcüstanın Axalkalaki rayonunun Buqaşen kəndində büst qoyuldu. Bu erməni silahlısı həm də Abxaziyada Gürcüstanın ərazi bütövlüyünə qarşı vuruşub. Bu tədbirin yanvarın 20-də keçirilməsi Azərbaycana və dünyadakı azərbaycanlılara qarşı atılan mənəvi-psixoloji təxribat sayıla bilər.

1952-ci il də ermənilərin türklərə qarşı ciddi təbliğatının aparıldığı Fransada dünyaya gələn və həmin təsirlərdə böyüyən, oxuyan, işləyən və ictimai xadim olan Salome Zurabişvilinin nifrətindən ruhlanan Gürcüstan Patriarxlığı da öz riyakar simasını gizlətmədi: "Biz həmçinin bəyan edirik ki, bu məbəd-kompleks Gürcüstan mədəniyyətinin ən qədim abidələrindən biri və ziyarətgahıdır və gürcü kilsəsi onun müdafiəsi üçün hər şey edəcək”.

 

Gürcü deputat Şalva Natelaşvilii...

 

Xalqımıza qarşı nifrətini gizlətməyən digər rəsmi şəxs, gürcü deputat Şalva Natelaşvilii də unutmadıq. O, səfərlərin birində bölgəyə gəldi və üzünü sərhədçilərimizə tutaraq azərbaycanlıarı təhqir etməkdən belə çəkinmədi: "Sizin əcdadlarınız Orta Asiyada yaşayanda bizim əcdadlarımız burada bu mədəniyyəti qurublar. Siz Orta Asiyadan gəlibsiniz. Sizin Qafqazla heç bir əlaqəniz yoxdur".

Daha sonra üzünü jurnanilstlərə tutdu: "Bu Azərbaycanın Gürcüstana açıq-aşkar təcavüzü və işğalıdır. Rusiya bir tərəfdən Azərbaycan da bir tərəfdən bizə təcavüz edir".

 

Gürcüstanın çiçəkənməsində Azərbaycan faktoru

 

Qaz - Gürcüstan Milli Statistika İdarəsinin hesabatında qeyd olunur ki, bu ilin yanvar-aprel aylarında Gürcüstanın Azərbaycandan qaz idxalı illik müqayisədə 54 490 kubmetr və ya 6,3% azalaraq 802 768,1 kubmetr təşkil edib. Qeyd edək ki, ötən ilin yanvar-aprel aylarında Gürcüstan Azərbaycandan 146 523,4 min dollar dəyərində 857 258,1 kubmetr qaz idxal edib.

 

Neft - Bu ilin yanvar-aprel aylarında Gürcüstan Azərbaycandan 62 102 ton neft və neft məhsulları idxal edib. Son 1 ildə qonşu ölkənin Azərbaycandan aldığı neft və neft məhsullarının ümumi dəyəri isə 10,6% artaraq 34 milyon 210 min ABŞ dolları təşkil edib.

 

Elektrik enerjisi -Həmcinin Azərbaycan Gürcüstana 26 mln. 261,8 min dollar dəyərində elektrik enerjisi ixrac edib. İllik müqayisədə qonşu ölkənin Azərbaycandan idxal etdiyi elektrik enerjisi məbləğ baxımından 1 milyon 396,3 min dollar və ya 5,6% çoxdur. Ötən ilin analoji dövründə Gürcüstan Azərbaycandan 24 milyon 865,5 min dollar dəyərində elektrik enerjisi alıb.

 

Pul köçürmələri - Qonşu ölkəyə daxil olan pul köçürmələrinin həcmində Azərbaycanın payı 1,49%-ə bərabər olub. İllik müqayisədə Azərbaycandan Gürcüstana pul köçrümələri 44,67% artıb.

 

Turizm - Gürcüstan Milli Turizm Agentliyinin ilkin hesablamalara əsasən təqdim etdiyi hesabatında bildirilib ki, 2019-cu ilin yanvar-iyun ayları ərzində Azərbaycandan Gürcüstana 124 780 turist gəlib ki, bu da əvvəlki ilin analoji dövrü ilə müqayisədə 10 128 nəfər və ya 8,8% çoxdur. Qeyd edək ki, 2016-cı ildə rekord həddə- 570,825 nəfər azərbaycanlı Gürcüstana səfər edib. O vaxtdan indiyənə qədər rəqəmlərin sayında cüzi fərqlər olsa da, qonşu dövlətin turizminə ən çox pul xərcləyən məhz bizim vətəndaşlarımızdı.

 

Humanitar Yardım- Bunu da unutmayaq: Gürcüstan nə vaxt çətinliklə qarşılaşıbsa, Azərbaycan Respublikası onun yanında olub. İyun 2015-ci il zəlzələsində və ondan əvvəl baş verən bütün təbii hadisələr zamanı Azərbaycan öz səxavətini layiqincə göstərib.

Koronaviruzla bağlı yardımlar isə intensiv şəkildə dost dediyimiz və dost bildiyimiz bu ölkəyə dəfələrlə verilib. May ayında Azərbaycanın Gürcüstandakı səfirliyi bu ölkənin Kaxeti bölgəsinə ərzaq yardımı edib. Ərzaq yardımı Kaxeti bölgəsindəki 200 ailəyə olunub. Qeyd edək ki, Azərbaycan Səfirliyi daha əvvəl də "Azərbaycanlı İş adamları Birliyi"nin maliyyə dəstəyi ilə Marneuli və Bolnisiyə 600 bağlama humanitar yardım etmişdi.

 

Ustəlik Azərbaycan şirkəti olan "AS Georgia” Gürcüstanda 250 ailəyə sosial yardım etdi. Siyahını uzatmaq mümkündür. Bütün bunların müqabilində Gürcüstanın Azərbaycana olan nankor münasibəti Ermənistan siyasətinin rəsmi Tibilisiyə sıçradığının bariz nümunəsidir.

 

İndi isə gəlin , düşünək! Qarşıdan gələn daha böyük bir faciənin addım səslərini eşidirsinizmi?

 

 

Əntiqə Rəşid

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər