Modern.az

Azərbaycanlı professorlar: Şuşadan Laçına hər yerdə üçrəngli bayrağımızın dalğalanacağı gün uzaqda deyil

Azərbaycanlı professorlar: Şuşadan Laçına hər yerdə üçrəngli bayrağımızın dalğalanacağı gün uzaqda deyil

Diaspor

21 İyul 2020, 15:55

Bütün dünya azərbaycanlıları mütəşəkkilliklə Ermənistanın təcavüzkar siyasətinə etiraz edir və müxtəlif beynəlxalq qurumlardan işğalçı Ermənistana qarşı cəza tələb edir. Təbii ki, elm adamları, xaricdəki azərbaycanlı alimlər də öz mövqelərini bildirir, Azərbaycanla bağlı həqiqətlərin dünyaya bəyan edilməsində bütün mümkün imkanlardan istifadə edirlər.

 

“Azərbaycan ordusu hər an ayıqdır və erməni təxribatına cavab olaraq düşmənə sarsıdıcı zərbə vurmaq əzmindədir”

Modern.az Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən  xəbər verir ki, Türkiyə Respublikası Yeditepe Universitetinin professoru, Azərbaycanın Əməkdar rəssamı, Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının üzvü, Dünya Azərbaycanlı Rəssamlar Birliyinin sədri, Rusiya Rəssamlıq Akademiyasının fəxri akademiki Teymur Rzayev Azərbaycanın dövlət sərhəddində Ermənistan tərəfindən növbəti dəfə atəşkəsin pozulmasını qətiyyətlə qınayıb. Erməni terrorunun bir daha çirkin üzünü ortaya qoyduğunu vurğulayan Teymur Rzayev bildirib ki, Ermənistanın təcavüzkar siyasətinin tərkib hissəsi olan terrorçu ordu qüvvələri tərəfindən Azərbaycanın dinc əhalisinin top atəşinə tutulması insanların ölümlərinə səbəb olub:

 “Beynəlxalq ictimaiyyət, ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistanın təcavüzkar davranışı qarşısında ciddi qərarlar almalı və bu qərarların təcili həyata keçirilməsini təmin etməlidir. Azərbaycan ordusu hər an ayıqdır və erməni təxribatına cavab olaraq düşmənə sarsıdıcı zərbə vurmaq əzminə sahibdir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin yaydığı görüntülərdən də bu aydın olur. Azərbaycan xalqı həmrəylik nümayiş etdirərək, dövlətimizin, ordumuzun yanında olduğunu bir daha sübut etdi.

Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan cənabları Türkiyənin rəsmi mövqeyini bəyan edib: Türkiyə qədim dostluq bağları və qardaşlıq əlaqələri olan Azərbaycanın haqq və hüququnun müdafiəsində, torpaqlarına qarşı yönələn təcavüzün qarşısının alınmasında tərəddüd etməyəcək. Bu gün Azərbaycan güclü orduya malikdir.”

 

Türkiyədə yaşayan, azərbaycanlı professor, Çukurova Universitetinin Teatr Bölümünün rəhbəri, Azərbaycanın xalq artisti Cahangir Novruzov qeyd edir ki, dünya ictimaiyyəti Azərbaycana qarşı olan bu təxribatlara göz yummamalıdır. Ermənistan atəşkəs rejimini kobud şəkildə pozduğuna görə beynəlxalq səviyyədə cəzalandırılmalıdır. O bildirib ki, Ermənistanın ölkəmizə qarşı təcavüzkarlıq siyasəti açıq şəkildə onu sübut edir ki, Azərbaycanın dünyada nüfuzunun daha da artmasını, ölkəmizin diplomatik uğurlarını, dövlət başçımızın irəli sürdüyü təşəbbüslərin beynəlxalq arenada əsaslı şəkildə dəstəklənməsini Ermənistan hökuməti həzm edə bilmir: Bu gün Azərbaycan güclü orduya malikdir. Vətəndən uzaqda olmağımıza baxmayaraq həmişə Vətənə bağlıyıq, dövlətimizin, xalqımızın, ordumuzun yanındayıq.

 

“Qələbəyə gedən yolda Allah bizə kömək olsun”

 

Bu ifadələr isə Ankara Müzik və Gözəl Sənətlər Universitetinin professoru, Azərbaycanın əməkdar artisti, skripkaçı Toğrul Qəniyevə məxsusdur. Professor bildirir ki, son günlər Ermənistan hərbi bölmələrinin Azərbaycan-Ermənistan sərhəddin¬dəki təxribatını kəskin şəkildə pisləyib. Türkiyə-Azərbaycan bir vücudda iki candır, sonunda qələbənin bizim olacağını bildirən Toğrul Qəniyev qeyd edib ki: “Həsrət bitəcək. Zəngilandan Ağdama, Şuşadan Laçına hər yerdə üçrəngli bayrağımızın dalğalandığı, müharibənin və həsrətin bitdiyi günlər çox uzaqda deyil. Qələbəyə gedən yolda Allah bizə kömək olsun”.

 

“Beynəlxalq təşkilatları Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini qınamağa çağırıram”

Bilkənt Universitetinin professoru Əmrulla Məmmədov da Azərbaycanın dövlət sərhəddinin Tovuz rayonu istiqamətində son günlər cərəyan edən hadisələri və xain Ermənistanın təxribatlarını pisləyərək təcavüz adlandırıb. Vətən uğrunda şəhid olanların qanının yerdə qalmadığını, düşmənə xalqımız adından Azərbaycan ordusu tərəfindən gərəkli dərs və cavab verildiyini bildirib: “Ermənilərin təxribatlarına son qoyulması və işğal altında olan Azərbaycan ərazilərinin qeyd-şərtsiz boşaldılması üçün dünya dövlətlərini və beynəlxalq təşkilatları Ermənistanın Azərbaycana qarşı davam edən işğalçılıq siyasətini və törətdiyi bu sonuncu təxribatını qınamağa çağırıram.”

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir