Modern.az

Ekspert Konqresin düzəlişi ilə bağlı ermənilərin qorxduğu məqamları AÇIQLADI

Ekspert Konqresin düzəlişi ilə bağlı ermənilərin qorxduğu məqamları AÇIQLADI

21 İyul 2020, 19:06

“Erməni ekspertləri bu ABŞ Konqresinin işğal faktını tanımasını ABŞ daxilində digər hüquqi sənədlər eləcə də beynəlxalq hüquq üçün presedentlər yarada biləcəyi təhlükəsini vurğulayırlar”.

 

Bunu Modern.az-a Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Fuad Çıraqov bildirib. Ekspert ABŞ konqresinin verdiyi qərarı və son dövrlərdə aktiv olan erməni lobbisi barədə məlumat verib:

 

"İyul ayında Ermənistanın Azərbaycana qarşı növbəti təcavüzkar hücumu zamanı ABŞ Konqresində ermənipərəst üzvlər Azərbaycana hərbi yardımın dayandırılması haqqında düzəliş hazırlayıb qanunverici orqana təqdim etdilər. Ötən müddətdə paralel olaraq erməni lobbisinin üzvləri intensiv şəkildə Dövlət və Müdafiə Departamentlərini, qanunverici orqanın üzvlərini məktubları ilə “bombardıman” edərək, Kim Kardaşiyan daxil olmaqla bütün resurslarını səfərbər etməkdədirlər.

 

Məsələ burasındadır ki, hələ keçən il ABŞ büdcəsində ötən iki ilin büdcəsində təhlükəsizliyə yardım xətti ilə Vaşinqton Azərbaycana ümumilikdə 100 milyon hərbi yardım göstərdi. Müvafiq dövrdə isə ABŞ Ermənistana heç bir hərbi yardım göstərmədi. Nəzərdə çatdıraq ki, ABŞ 2018-ci ildə isə 59.6 milyon dollar, 2019-cu ildə isə 42.9 milyon dolları hərbi yardım göstərmişdi. 2020-ci ilin büdcəsi isə 2019-cu il nəzərə alınaraq qəbul edilmişdi. Erməniləri ən çox qıcıqlandıran məqam o idi, ABŞ-ın Azərbaycana hərbi yardımının ən böyük həcmi məhz Ermənistanda “məxməri inqilab” adlandırılan hakimiyyət dəyişikliyi ilində olmuşdu. Qeyd edək ki, icraedici hakimiyyətin irəli sürdüyü qanun layihələri çərçivəsində Azərbaycana ayrılan hərbi yardımların qarşısını ala bilməyən ABŞ Konqresində erməni lobbisinin fəal üzvləri cari ilin iyul ayında Frenk Palloni, Bred Şerman və Ceki Spayer Milli Müdafiə Qanun layihəsinə (the National Defense Authorization Act), müvafiq olaraq Palloni Əlavəsini, Spayer Əlavəsi və Şerman Əlavələri qanunvericilik təşəbbüsləri ilə ayrı-ayrılıqda çıxış edərək, həm də bir birilərinin layihələrini dəstəklədilər.

 

Məsələn, nəticədə qəbul edilməyən və təklif edilən Şerman Əlavəsinə görə “Azərbaycan tərəfi ayrılan vəsaitləri mülki aviasiyaya qarşı istifadə etməyəcəyinə təminat verməyəcəyi təqdirdə” ayrıla biləcəyi tələbini irəli sürürdü. Bu əlavə məhz işğal edilmiş ərazilərimizdəki Xocalı hava limanının fəaliyyətə açmaq istiqamətində beynəlxalq aləmdə apardığı işin tərkib hissəsidir. Digər təklif edilən və qəbul edilməyən Spayer Əlavəsinə görə Azərbaycana və Ermənistan hərbi yardımların həcmləri bərabərləşdirilməliydi. Nəticədə, erməni lobbisinin qanunverici akta təklif etdiyi 3 əlavədən ən mücərrəd mətnli yalnız bir əlavəsi qəbul edilib. Xüsusi vurğulamalayıq ki, Pallone Əlavəsi icraedici hakimiyyətin Azərbaycana qarşı hərbi yardımlarına hansısa formada məhdudiyyətləri nəzərdə tutmur.

 

Bunun əvəzində isə Milli Müdafiə Aktına Azərbaycanın maraqlarını təmin edən konqresmenlər Stiv Şabot və Stefan Kohen tərəfindən irəli sürülən Əlavə qəbul edildi. Artıq erməni ekspertləri bu layihədən ciddi şəkildə narahat olaraq siyasi görüşündən asılı olmayaraq bütün dünya ermənilərini və lobbisini bu layihəsinə qarşı birləşməyə çağırırlar. Erməniləri narahat edən məqam bu sənəddə açıq şəkildə 1991-ci ildən Ukrayna, Gürcüstan, Moldova və Azərbaycanda “xarici işğalçı qüvvələr tərəfindən” “işğal edilmiş ərazilərdə” “qətlə yetirilmiş” və “məcburi qovulmuş insanlar” haqqında hesabat tələb edir.

 

Qeyd etməliyik ki, Milli Müdafiə Aktı qanun layihəsi bu formada qəbul ediləcəyi təqdirdə ABŞ tarixində qanunverici orqanda Azərbaycan torpaqlarının işğalı, işğal edilmiş ərazilərdən qovulması və qətlə yetirilməsi faktı ilk dəfə təsbit ediləcəkdir. Erməni ekspertləri bu qanun layihəsinin ABŞ daxilində digər hüquqi sənədlər eləcə də beynəlxalq hüquq üçün presedentlər yarada biləcəyi təhlükəsini vurğulayırlar. Avropa İttifaqının Azərbaycanın işğal edilmiş ərazilərində qeyri-qanuni yol tikintisi və qondarma rejimdə keçirilən seçkilərə münasibətini nəzərə almaqla işğalçı ölkənin beynəlxalq aləmdə mövqelərinin çox ciddi şəkildə itirdiyini müşahidə etməkdəyik".

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir