Modern.az

Özbəkistan portallarında Ermənistanın son təxribatları ilə əlaqədar materiallar yayımlandı

Özbəkistan portallarında Ermənistanın son təxribatları ilə əlaqədar materiallar yayımlandı

21 İyul 2020, 22:13

Özbəkistanın orol24.uz və fikr.uz portallarında Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi təxribatlarla əlaqədar özbək və rus dillərində geniş materiallar yayımlanıb.

 

Modern.az xəbər verir ki, bu ölkədəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə yayımlanan məqalələrdə Ermənistan silahlı qüvvələrinin Tovuz rayonu istiqamətindən Azərbaycan mövqelərinə hücum cəhdi, ordumuzun düşmənə layiqli cavab verməsi, bu əməliyyatlar zamanı hərbçilərimizin şəhid olması ilə bağlı məlumat verilib. Bildirilib ki, atəşkəs rejiminin tələblərini tez-tez pozan Ermənistan Azərbaycana qarşı müxtəlif istiqamətlərdən təxribatlar törədir, ərazilərimizə hücumlar edir, dinc sakinləri hədəfə alır.

 

Qeyd olunub ki, düşmənin son təxribatları ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyev Təhlükəsizlik Şurasının iclasını keçirib, bu cinayətkar əməllə bağlı bütün məsuliyyətin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyünü bəyan edib.

 

Məqalələrdə diqqətə çatdırılıb ki, Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində ekoloji terror həyata keçirir, yanğınlar törədir. Bu regionda ekologiyanı məhv edir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir