Modern.az

Türkiyədə diaspor üzvlərimizdən Ermənistana qarşı etiraz aksiyası 

Türkiyədə diaspor üzvlərimizdən Ermənistana qarşı etiraz aksiyası 

22 İyul 2020, 00:09

Bu gün Türkiyənin İğdır şəhərində Ermənistanla sərhəd ərazidə ermənilərə qarşı etiraz aksiyası keçirilib.

 

Bu barədə Modern.az-a Türkiyə Azərbaycan Dostluq Dərnəkləri Federasiyasının sədr müavini, İğdır Azərbaycan Evi Dərnəyinin rəhbəri Serdar Ünsal məlumat verib.

 

Diaspor nümayəndəsi yürüşün Ermənistanla Türkiyə arasındakı Alican sərhəd məntəqəsində olduğunu deyib. Aksiya ermənilərin Tovuz təxribatlarına qarşı təşkil edilib və Türkiyədə fəaliyyətdə olan bir sıra dərnək rəhbərləri, eyni zamanda azərbaycanlılar və türklər aktiv şüarlar səsləndirib. Diaspor nümayəndələri ermənilərin törətdikləri son olayın Qarabağ münaqişəsindən diqqəti yayındırmaq üçün edildiyini bildirərək bu təxribatın Azərbaycana qarşı terror olduğunu deyiblər.

 

Türkiyə Diaspor təşkilatı üzvləri artıq Azərbaycan və Türkiyənin əvvəlki illərdən qat-qat güclü olduğunu və ermənilərin məkrli planlarının baş tutmayacağını bildiriblər. Nümayiş zamanı Qarabağın Azərbaycana məxsus olması ilə bağlı şüarlar səsləndirilib, Azərbaycan və Türkiyə bayraqları dalğalandırılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?