Modern.az

“Mədəniyyət” kanalı yeni layihəyə start verir – “Mən də əsgərəm”

“Mədəniyyət” kanalı yeni layihəyə start verir – “Mən də əsgərəm”

Aktual

22 İyul 2020, 13:43

“Mədəniyyət” kanalı yeni “Mən də əsgərəm” adlı layihəyə bu gündən start verir.

Bu barədə Modern.az-a kanalın direktoru Ramil Qasımov məlumat verib.

Onun sözlərinə görə, layihənin həyata keçirilməsində əsas məqsəd müharibə şəraitində olan ölkəmizdə gənc nəslin vətənpərvər ruhda yetişdirilməsi, gənclərdə Vətənə sevgi hissi formalaşdırmaq, onlarda mübarizə ruhunu daha da artırmaqdır:

 

“Bildiyiniz kimi, son günlər cəhbə xəttində, xüsusilə Tovuz istiqamətində baş verən hadisələr xalqımızın mübarizə əzmini bir daha bütün dünyaya göstərdi. “Mən də əsgərəm” layihəsi vasitəsilə hər bir istedadlı və yaradıcı şəxs öz yaradıcılığı ilə gəncləri vətənpərvərliyə, mübarizəyə səsləyə bilər. Azərbaycan mədəniyyətinə, incəsənətinə xidmət edən hər kəs - bəstəkar, musiqiçi, heykəltaraş, rəssam, aktyor, rejissor, bir sözlə, mədəniyyətlə məşğul olan hamı bu layihədə iştirak edə bilər”.

 

TV direktoru Vətəninə xidmət etmək istəyən incəsənət xadimlərini bu layihədə iştiraka dəvət edib.

Layihədə iştirak etmək istəyənlər vətənpərvərlik mövzusunda olan əsərini 2 dəqiqədən artıq olmamaq şərti ilə çəkərək +99450-492-14-58 nömrəsinə “WhatsApp” vasitəsilə göndərə bilərlər.

Layihə başa çatdıqdan sonra iştirakçılar “Mədəniyyət”kanalının təşkilatçılığı ilə keçiriləcək Telefestivalda iştirak edəcəklər.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı