Modern.az

Mətbuat Şurası insan alverinə qarşı mübarizədə iştirak edəcək

Mətbuat Şurası insan alverinə qarşı mübarizədə iştirak edəcək

Aktual

22 İyul 2020, 21:16

Mətbuat Şurasına insan alveri probleminin mahiyyəti, onun qarşısının alınması barədə tədris-metodik vəsaitlərin və maarifləndirici materialların hazırlanması və yayımlanmasında iştirak etmək tövsiyə olunub.

 

Modern.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla təsdiqlənən “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı”nda əksini tapıb.

 

Fəaliyyət Planının həyata keçirilməsi üzrə Tədbirlər Planına əsasən, MŞ-yə həmçinin, insan alveri və məcburi əmək cinayətlərinin törədilməsinə şərait yaradan hallarla bağlı cəmiyyətdə ictimai dözümsüzlük mühitinin yaradılması məqsədilə inzibati, təhsil, sosial, mədəni və digər sahələrdə müvafiq tədbirlər görülməsi, bu işə vətəndaş cəmiyyəti institutlarının və kütləvi informasiya vasitələrinin cəlb edilməsi, kütləvi informasiya vasitələrinin, internet informasiya ehtiyatlarının mütəmadi monitorinqini aparmaqla, insan alverinin bütün formaları ilə bağlı ola bilən şübhəli halların mahiyyətinin öyrənilməsi və müvafiq tədbirlər görülməsi də tövsiyə edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir