Modern.az

Milli Qəhrəmanın oğlu Dövlət Xidmətində mətbuat katibi TƏYİN EDİLDİ

Milli Qəhrəmanın oğlu Dövlət Xidmətində mətbuat katibi TƏYİN EDİLDİ

Media

23 İyul 2020, 17:10

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətində yeni kadr təyinatı aparılıb.

Belə ki, Ceyhun Əsgərov qurumun mətbuat xidmətinə rəhbər təyin edilib.

C.Əsgərov Modern.az-a bildirib ki, bu, onun mətbuat xidmətində ilk fəaliyyəti deyil. O, hələ yeni başladığı iş haqda geniş danışmaq istəməyib.

Ceyhun Əsgərov 2003-2011-ci illərdə ANS teleradio şirkətində müxtəlif vəzifələrdə çalışıb. Sonralar “Araz” radiosunda siyasi şərhçi, “Türk El” telekanalında baş direktor, CBC kanalında “Xəbərlər” redaksiyasının direktoru, 2015-ci ildə isə “Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin mətbuat katibi vəzifələrini tutub.

Yeni təyinatından əvvəl C. Əsgərov www.aznews.az və www.novosti.az. İnformasiya portallarının baş redaktoru kimi çalışıb.

Ceyhun Əsgərov şəhid Milli Qəhrəman Salatın Əsgərovanın oğludur.

 
Xatırladaq ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinnin mətbuat katibi Qulu Xəlilov bir neçə gün öncə işdən çıxmışdı.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi