Modern.az

Dağ Yəhudiləri dini icmasının rəhbərindən dünya yəhudilərinə müraciət: “Azərbaycanınlıların yanında olaq!”

Dağ Yəhudiləri dini icmasının rəhbərindən dünya yəhudilərinə müraciət: “Azərbaycanınlıların yanında olaq!”

Aktual

24 İyul 2020, 15:48

Ayrı-ayrı ölkələrdə ermənilərin azərbaycanlılara qarşı zorakılıq tətbiq etməsinə Qubanın Qırmızı qəsəbə Dağ Yəhudiləri dini icmasının sədri Yuri Naftaliev kəskin etiraz edib.

O, Modern.az vasitəsilə azərbaycanlıları təmkinli olmağa və bütün dünyanı haqlı ölkənin yanında dayanmağa çağırıb:

 

"Erməni işğalçıları bütün dünyada azəbaycanlılara qarşı düşmən münasibət sərgiləyir, kobud davranırlar. Los-Anceles və Brüsseldə baş verən hadisələr də buna sübutdur. Moskvada gördünüz yəqin ki, təkcə bazarda azərbaycanlılar necə birlik göstərib ermənilərin malının bazara buraxmadılar. Çünki Moskvada azərbaycanlılar çoxdur və ermənilər orda ABŞ-da, Belçikada etdikləri kimi edə bilməzlər.

Məlum məsələdir ki, Brüssel və Los-Anceles azərbaycanlıların az məskunlaşdığı şəhərlərdir, ermənilər də say çoxluğundan istifadə edib belə zorakı əmələ əl atırlar.

Mən istəyirəm ki, xaricdə yaşayan azərbaycanlılar da düşmənin etdiyi kimi zorakılığa əl atmasınlar. Biz erməni deyilik, onlar alçaq adamlardır. Onlar kimi dava-dalaşa əl atıb təxribat yaratmaq bizə yaraşmaz. Belə məqamda səbrli olmaq lazımdır, xaricdə yaşayan vətəndaşlarımız dövlətin yanında durub, təmkinlə, ağılla ermənilərə cavab verməlidir.

İndi görürsünüz ki, əksər ölkələrdə də demək olar ki, bütün sahələrdə emənilərin yox, bizim tərəfimizi saxlayırlar, azərbaycanlıların haqlı mövqeyini dəstəkləyirlər. Bir ABŞ-da güclü erməni lobbisi var ki, onların da lazımı cavabı ağılla, məntiqlə veriləcək, mən buna əminəm. Yetər ki, soydaşlarımız hörmətli prezidentimizin yanında olsun, provakasiyaya getməsin!

 

Biz dinindən, inancından aslı olmayaraq bütün insanları Azərbaycanın, yəni haqlı tərəfin yanında olmağa səsləyirik. Bütün dünya yəhudiləri belə məqamda doğru ölkənin, haqlı tərəfin yanında olmalıdır və yəhudiləri buna çağırıram!".

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!