Modern.az

Eldəniz Quliyev yeni siyasi platforma yaratdı

Eldəniz Quliyev yeni siyasi platforma yaratdı

24 İyul 2020, 17:41

Azərbaycanda yeni siyasi platforma fəaliyyətə başlayıb.

Modern.az xəbər verir ki, “Vətən Dəyərlər Platforması” adlı təşkilatın təşəbbüskarı yazıçı, kinodramaturq Eldəniz Quliyev platformanın rəhbəri seçilib.

 

Eldəniz Quliyev özünün sosial şəbəkə hesabında platformanın fəaliyyətə başladığını rəsmən elan edib:

“Qərar bu gün VDP-nin Təşəbbüs Qrupu və təsisçilərinin keçirdiyi geniş tərkibli iclasda verilib.

 

Yığıncağın yekdil qərarı ilə yazıçı, kinodramaturq Eldəniz Quliyev təşkilatın rəhbəri seçilib.

“Vətən Dəyərlər Platforması”nın məramı və fəaliyyət istiqamətlərini əks etdirən bəyanatı ölkə ictimaiyyətinə təqdim olunur”.

 

Bəyanatda deyilir:

“Biz, “Vətən Dəyərlər Platforması”nın Azərbaycanın siyasi-ictimai həyatında birləşdirici, barışdırıcı funksiyanı yerinə yetirəcək nüfuzlu bir təşkilat kimi fəaliyyət göstərəcəyinə inanırıq. Bunun üçün (qanun çərçivəsində), bütün vasitə və imkanlardan istifadə edərək VDP-in qısa zaman ərzində sevilən, inanılan, ən başlıcası xalq tərəfindən dəstəklənən demokratik ictimai-siyasi güc mərkəzinə çevrilməsinə nail olacağıq”.

 

Xatırladaq ki, bundan öncə Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Eldəniz Quliyev bir müddət öncə qalmaqallı şəkildə Şura ilə yollarını ayırıb.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir