Modern.az

Hindistanda ötən gün COVID-19 səbəbindən 880 ölüm qeydə alındı  

Hindistanda ötən gün COVID-19 səbəbindən 880 ölüm qeydə alındı  

25 İyul 2020, 23:41

Hindistanda ötən sutka ərzində COVID-19 səbəbindən 757 ölüm qeydə alınıb. Bununla da ölkədə COVID-19 qurbanlarının sayı 31 min 358-ə çatıb.

 

Modern.az Hindistanın Federal Səhiyyə Nazirliyinin açıqlamasına istinadla xəbər verir ki, ötən sutka ölkədə yeni növ koronavirusa 48 min 916 yoluxma faktı aşkarlanıb. Son 3 sutkada gündəlik yoluxma sayı 45 mindən çox olub.

 

Bildirilir ki, Hindistanda indiyədək 1 milyon 336 min 861 nəfər virusa yoluxub. Onların təxminən 63 faizi sağalıb.

 

Qeyd edək ki, Hindistan COVID-19 virusuna yoluxanların sayına görə, ABŞ və Braziliyanın ardından 3-cü sıradadır. Ən pis vəziyyət Maharaştra və Tamil Nadu ştatlarında, paytaxt Dehlidədir. Bu bölgələrin hər birində ümumi yoluxma sayı 100 mindən yuxarıdır.

Twitter
Sizə yeni tvit var
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?