Modern.az

İsveçrədə təyyarə dağa çırpıldı- ölənlər var  

İsveçrədə təyyarə dağa çırpıldı- ölənlər var  

26 İyul 2020, 09:10

İsveçrənin Valye kantonunda kiçikhəcmli təyyarə dağlarda qəzaya uğrayıb, 4 nəfər ölüb.

 

Modern.az-ın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə kanton polisi məlumat yayıb.

 

Belə ki, günorta saatlarında polis Qleçerşpits zirvəsi yaxınlığında təyyarə qəzası barədə məlumat alıb, hadisə yerinə gələn xilasedicilər və yanğınsöndürənlər təyyarədə olan hər kəsin öldüyünü müəyyən ediblər.

 

“Ölənlər 66 və 50 yaşlarında iki isveçrəli, həmçinin 50 və 46 yaşlarında iki avstriyalıdır”, - polisin məlumatında belə deyilir.

 

Hadisənin səbəbləri araşdırılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir