Modern.az

Elçin Şıxlinski Prezidentə MƏKTUB YAZDI

Elçin Şıxlinski Prezidentə MƏKTUB YAZDI

Media

26 İyul 2020, 10:22

Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlinski ölkə Prezidenti İlham Əliyevə məktub yazıb. Modern.az-ın məlumatına görə, E.Şıxlinski məktubunda bildirib:

“Hörmətli cənab Prezident.

Biz çox mürəkkəb bir zəmanədə yaşayırıq. Yaşadığımız hər bir gün daban - dabana zidd hadisələr, uğur və qələbələr, ürəyimizi dağlayan olaylar və onları əvəzləyən nailiyyətlərlə zəngindir. Bununla belə, bizim ən böyük sərvətimiz - müstəqilliyimiz, Azərbaycanımızın hazırkı və gələcək inkişafı, cəmiyyətimizin bu zəmində çiçəklənməsidir. Sizin bu yöndə gördüyünüz işləri dəyərləndirməmək imkansızdır.

Məmur - vətəndaş münasibətlərindəki dəyişikliklər, ölkəmizin özünümüdafiə və ordumuzun qüdrətinin artması, dünya siyasət meydanında uğurlarımız, rəngarəng və müxtəlif zümrələri təmsil edən Azərbaycan cəmiyyətinin birliyi, pandemiyanın ağır şərtləri altında və yağı düşmənin sərhədlərimizin toxunulmazlığına xələl gətirmək istədiyi bir zamanda xalqımızın ruh yüksəkliyi nümayiş etdirməsi onu göstərir ki, Siz ölkə rəhbəri kimi bütün bu proseslərin qaynağı, ilhamvericisi və yönləndiricisisiniz.

Mənim üçün Sizin tərəfinizdən “Vətənə xidmətə görə” kimi ali bir ordenlə mükafatlandırılmaq böyük şərəfdir. Hər birimiz üçün Vətənə xidmət etmək ən ümdə istəkdir.

Hörmətlə,

Elçin Şıxlinski

Azərbaycan Jurnalistlər Birliyinin sədri”.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir