Modern.az

Yunan yepiskopdan Türkiyəyə ağır sözlər

Yunan yepiskopdan Türkiyəyə ağır sözlər

Dünya

26 İyul 2020, 11:30

İstanbulda Ayasofya məscidinin yenidən ibadətə açılmasından hiddətlənən yunan Baş yepiskop Yeronimos adı çəkilən məsciddə düzənlərən cümə namazı haqda "Mədəniyyət adına utancverici və insanlığın inkarı" sözlərini işlədib.

 

Modern.az xəbər verir ki, xristian din xadimi Ayasofya məscid kimi fəaliyyətini davam etdirməsinə hiddətini gizlədə bilməyib.

 

O, "Çağımızın ən böyük təhlükəsi olan barbarlığın yayılmaması üçün dua etdik", deyə bildirib.

 

Baş verənlərə etiraz olaraq Selanikdə Hagia Sofia kilsəsində keçirilən dini ayindən sonra nasist "Qızıl şəfəq" və "Müqəddəs tabor" təşkilatının üzvləri kilisənin önündə və Türkiyənin baş konsulluğunun yaxınlığında qardaş ölkənin bayrağını yandırıblar.

 

Qeyd edək ki, 86 il sonra Aya Sofiyanın ibadətə açılması dünya mətbuatında böyük maraq yaradıb. Aya Sofiya məscidində Quran oxunması Yunanıstan televiziyasında canlı olaraq yayımlanıb.İstanbulun fəthinə qədər 916 il ərzində kilsə olaraq, 1453-cü ildən 1934-cü ilə qədər məscid kimi istifadə edilən Aya  Sofya 86 il muzey kimi fəaliyyət göstərib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı