Modern.az

Qırğızıstanda COVID-19-a yoluxanların sayı 33 minə çatdı

Qırğızıstanda COVID-19-a yoluxanların sayı 33 minə çatdı

26 İyul 2020, 13:10

Ötən gün Qırğızıstanda COVID-19 virusuna 689 adam yoluxub. Bu vaxta qədər ölkədə bu virusdan xəstələnənlərin sayı 32 min 813 nəfər olub.

 

Modern.az  Qırğızıstan Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, son gündə 28, pandemiya dövründə isə 1277 pasiyent vəfat edib.

 

Son sutkada ölkədə virusa 28, ümumiyyətlə isə 2661 tibb işçisi tutulub.

 

Məlumatda qeyd edilir ki, ötən gecə Rusiyadan və Cənubi Koreyadan Qırğızıstana növbəti humanitar yardım gətirilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir