Modern.az

Tunisdə yeni baş nazirin kimliyi bəlli oldu 

Tunisdə yeni baş nazirin kimliyi bəlli oldu 

Dünya

26 İyul 2020, 15:35

Tunis Prezidenti Kais Səid Daxili İşlər naziri Hişem Meşçini yeni Baş Nazir təyin edib.

 

Modern.az bildirir ki, bu barədə “Tunis Afrique Presse” agentliyi xəbər verib.

 

Agentlik qeyd edir ki, respublika Prezidenti yeni Baş Nazirə Tunis hökumətini formalaşdırmağı tapşırıb.

 

Tunis qanunvericiliyinə əsasən, Nazirlər Kabinetinin formalaşdırılması üçün Meşçinin bir ay vaxtı olacaq. Hökumətin yekun tərkibi ölkənin Xalq Nümayəndələri Assambleyası tərəfindən təsdiq ediləcək. Əgər parlament Nazirlər Kabinetinin tərkibini təsdiq etməkdən imtina etsə, ölkə Prezidenti parlamenti buraxmaq və seçkiləri elan etmək hüququ əldə edəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir