Modern.az

Rusiya ABŞ-ın əsas geosiyasi rəqibi statsunu itirib

Rusiya ABŞ-ın əsas geosiyasi rəqibi statsunu itirib

27 İyul 2020, 12:43

ABŞ artıq Rusiyanı əsas geosiyasi və hərbi rəqini görmür.

 

Modern.az xəbər verir ki, bu barədə “Financial Times” qəzeti yazır. Qəzetin fikrincə, son 3 ildə Ağ Ev ABŞ-ın əsas rəqibi olaraq, Çini görür. Rusiya 2014-cü ildə Krım yarımadasını ilhaq etməklə Avropanın təhlükəsizlik sisteminə son 70 ildə ən böyük təhdidi yaratsa da, istər hərbi, istərsə də texnoloji baxımdan Çin Rusiyadan daha təhlükəli hala gəlib.

 

“Financial Times”ın fikrincə, ABŞ Rusiya ilə Çinin birliyinə zərbə vurmaq istəyir. Çinin iqtisadi gücü artıdqca, hərbi ritorikası güclənir və Qərbin sanksiyalarından əziyyət çəkən Moskva ona nüfuzunu gücləndirməkdə yardım edir.

Hesab olunur ki, hazırda Ağ Ev strateqləri Rusiya ilə münasibətləri yumşaltmaqla, onun Pekinlə isti münasibətlərini soyutmağa çalışırlar.

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır