Modern.az

“Azərbaycanla Türkiyənin hərbi təlimləri Moskvaya mesajdır” - Gürcü politoloqdan detallı ŞƏRH          

“Azərbaycanla Türkiyənin hərbi təlimləri Moskvaya mesajdır” - Gürcü politoloqdan detallı ŞƏRH          

28 İyul 2020, 12:30

Azərbaycanla Türkiyənin genişmiqyaslı hərbi təlimlərə başlaması barədə məlumat ötən günün əsas xəbərlərindən biri idi. Avqustun 1-dən 5-nə qədər Bakı və Naxçıvanda quru qoşunların iştirakı ilə keçiriləcək təlimlərə 11 min türkiyəli hərbi qulluqçu cəlb olunacaq.

 

Bu təlimlər Ermənistan-Azərbaycan sərhəddindəki hərbi gərginlikdən sonra rəsmi Yerevanla Moskvanın Azərbaycan sərhədlərində keçirdiyi hərbi təlimlərlə paralellik yaradıb.

Gürcüstanlı politoloq Tengiz Txilava Azərbaycan-Türkiyə birgə təlimlərinin geosiyasi önəmi barədə Modern.az-a danışııb. Txilava təlimlərin Ankara tərəfindən Moskvaya bir mesaj olduğunu deyib:

“Türkiyənin Ermənistanla münaqişədə Azərbaycanı qeyd-şərtsiz dəstəklədiyi hamıya məlum olan faktdır. Bu dəfə cəbhə xəttindəki gərginliklə bağlı da Türkiyə Azərbaycanın yanında durdu. Sirr deyil ki, Rusiya da Ermənistanın yanındadır. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində bir-biri qarşısında öhdəliyi olan iki ölkə rus qoşunlarının Ermənistanda mövcudluğu ilə bağlı sıx hərbi-siyasi əlaqələrə malikdir. Amma Rusiya-Ermənistan və Azərbaycan-Türkiyə münasibətlərində önəmli fərqlər var: Rusiya Ermənistana öz əlaltısı kimi baxır, Yerevan isə buna qarşı çıxmır. Paşinyanın bir neçə nümayişkəranə addımı bu münasibətlərin mahiyyətini dəyişmir.
Türkiyə-Azərbaycan arasındakı münasibətlərə gəlincə, bu tamhüquqlu 2 suveren ölkənin münasibətidir. Türkiyənin regional stabilliyin qorunmasındakı rolunu qiymətləndirməmək mümkün deyil. Açıq demək lazım gələrsə, məhz Türkiyə Rusiyanın regional nüfuzunu neytrallaşdırır. Türkiyənin mesajı aydındır – Rusiyanın Ermənistana dətsək verdiyi müddətcə və daha çox Azərbaycanın yanında olacaq. Hərbi təlimlərin keçirdildiyi Naxçıvan isə çox önəmli ərazidir. Türkiyə ilə qısa sərhəddi olan Naxçıvan anklav ərazidir və ermənilər tərəfindən “Böyük Ermənistan” sərhədlərinə daxil edilib. Əslində, bu təlimlər Rusiya tərəfindən gizli dəstəklənən Ermənistan aqressiyasına bir cavabdır”.

 

Gürcü ekspert həm Azərbaycan, həm də Türkiyə ilə hərbi-siyasi əməkdaşlıq edən, “üçlük” formatında XİN rəhbərləri, müdafiə nazirləri səviyyəsində görüşlər keçirən Gürcüstanın hərbi təlimə qatılma perspektivini də dəyərləndirib. Onun fikrincə, rəsmi Tbilisi təlimə qatılsa, bu Moskvanı qıcıqlandıracaq:

“Gürcüstanlı hərbçilər türkiyəli və azərbaycanlı həmkarları ilə bir çox hərbi təlimlərdə iştirak edib. Bu təlimlərin bir qismi Gürcüstan ərazisində keçirilib. Amma bu dəfə Gürcüstan hökuməti təlimlərə qatılmayıb. Bu addım xoş görünməyə bilər, amma anlayışla qarşılanmalıdır. Belə ki, belə addım Abxaziya və Cənubi Osetiyadan təsir kartı kimi istifadə edən Moskva ilə münasibətləri gərginləşdirə bilər. Qarşıdan gələn parlament seçkiləri öncəsi, Gürcüstan hökuməti belə gərginliyə getmək istəmir”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub