“Vətəndaşların könüllü olaraq ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmək üçün müraciətləri davam edir”.
Bu barədə Modern.az-a Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən məlumat verilib. Qeyd edilib ki, könüllü müraciətlər müvafiq formada qeydiyyata alınır.
Xidmətin saytındakı //exidmet.seferberlik.gov.az/Volunteer/Service alt-bölməsi aktivdir.
Dövlət Xidməti qeydiyyata alınan şəxslərə edilən zənglərin səbəbinə də aydınlıq gətirib:
“Edilən zənglər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə könüllü olaraq ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmək üçün müraciət edən vətəndaşların anket məlumatlarının dəqiqləşdirilməsi xarakteri daşıyır”.