Modern.az

30 nəfər azərbaycanlı Qazaxıstandan təxliyə edilib

30 nəfər azərbaycanlı Qazaxıstandan təxliyə edilib

Aktual

30 İyul 2020, 10:07

Sərhədlərin bağlanması səbəbi ilə  uzun müddətdit ki, Qazaxıstanda qalan  vətəndaşlarımızdan 30 nəfəri Azərbaycana təxliyə edilib.

 

Modern.az xəbər verir ki, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin "Professor Gül” bərə gəmisi ilə yola salınan vətəndaşlar ilk olaraq COVID-19 pandemiyası ilə əlaqədar testdən keçiblər və testin nəticəsi bütün sərnişinlərdə mənfi çıxıb.

Qeyd edək ki, bundan əvvəl Baş konsulluq vasitəsilə Aktau limanından gəmi ilə 77 nəfər vətənə göndərilib.

Baş konsulluqda Azərbaycana təxliyəni gözləyən vətəndaşların qeydiyyat prosesi isə davam etdirilir. Növbəti qrupun da mərhələli şəkildə Azərbaycana yola salınması nəzərdə tutulub.

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?