Modern.az

Üçüncü dəfə COVID-19-a yoluxdu  

Üçüncü dəfə COVID-19-a yoluxdu  

Aktual

30 İyul 2020, 14:38

Ukraynanın Ternopol vilayətində bir kişi üçüncü dəfə COVID-19-a yoluxub. Modern.az “rbc.ua” saytına istinadən xəbər verir ki, bunu Ternopol Regional Dövlət Administrasiyasının Səhiyyə şöbəsinin rəisi Vladimir Boqayçuk deyib. Onun sözlərinə görə, bu fakt koronavirus infeksiyasından sağalanların yenidən həmin xəstəliyə yoluxma ehtimalını bir daha təsdiqləyir.

Ukraynada COVID-19 virusuna yoluxanların ümumi sayı 68,8 min nəfəri ötüb. Ölkədə bu xəstəlikdən indiyədək 1673 nəfər ölüb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar