Modern.az

Qəbələnin 10 kəndində subartezian quyusu qazılacaq - SİYAHI

Qəbələnin 10 kəndində subartezian quyusu qazılacaq - SİYAHI

30 İyul 2020, 15:03

Prezident İlham Əliyev Qəbələ rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Modern.az xəbər verir ki, sərəncama əsasən Qəbələ rayonunun əhalisi 14880 nəfər olan 10 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 10 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə Azərbaycanın rayonlarında su təchizatının yaxşılaşdırılması məqsədilə subartezian quyularının qazılması üçün göstərilmiş vəsaitin 700,0 (yeddi yüz) min manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Qəbələ rayonunda qazılması nəzərdə tutulan subartezian quyularının yaşayış məntəqələri üzrə bölgüsünə dair siyahı:

Sıra

№-si

Yaşayış məntəqələri

Quyuların

sayı, ədəd

Əhalinin

sayı, nəfər

  1.     

Abrıx kəndi

1

781

  1.      

Bayramkoxalı kəndi

1

1310

  1.      

Daşca kəndi

1

936

  1.      

Hacıalılı kəndi

1

1678

  1.      

Mollaşıxalı kəndi

1

374

  1.      

Siləyli kəndi

1

335

  1.      

Sırt Yengicə kəndi

1

449

  1.      

Soltannuxa kəndi

1

4925

  1.      

Uludaş kəndi

1

1867

      10.

Yenikənd kəndi

1

2225

Cəmi

10

14 880

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır