Modern.az

Azərbaycan 2020-ci ildə xaricə nə qədər məhsul satıb?

Azərbaycan 2020-ci ildə xaricə nə qədər məhsul satıb?

30 İyul 2020, 15:58

2020-ci ilin ilk altı ayı ərzində Azərbaycanın ixracı 7,7 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə  911,9 milyon ABŞ dolları dəyərində ixrac reallaşdırılıb.

 

Bu barədə Modern.az-a İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən məlumat verilib.

Məlumatda qeyd olunub ki, qeyri-neft sektoru üzrə ixrac ötən ilin müvafiq dövrü ilə müqayisədə 67,6 milyon ABŞ dolları və ya 6,9 faiz azalıb:

“Bu ilin yanvar-iyun ayları ərzində Rusiyaya 370,3 milyon, Türkiyəyə 177,2 milyon, İsveçrəyə 96,1 milyon, Gürcüstana 76,7 milyon və Çinə 28,3 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

 

 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2020-cu ilin ilk 6 ayı ərzində Rusiyaya qeyri-neft ixracı 4,3 faiz,  İsveçrəyə 30,7 faiz və Çinə 65,5 faiz artıb.

 2020-ci ilin yanvar-iyun ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pomidor (162,3 milyon ABŞ dolları) birinci, qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda - 85.7 milyon ABŞ dolları)  ikinci və pambıq mahlıcı  (58,6 milyon ABŞ dolları) üçüncü olub”.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!