Modern.az

İki təyyarə toqquşdu: 7 ölü 

İki təyyarə toqquşdu: 7 ölü 

1 Avqust 2020, 09:19

Alyaskada (ABŞ) iki kiçik təyyarənin toqquşması nəticəsində aralarında ölkənin nümayəndələr palatasının deputatı Harri Knop olmaqla 7 nəfər ölüb.

Modern.az-ın məlumatına görə, hadisə Kenay yarımadasındakı Soldotna aerodromu yaxınlığında baş verib. ABŞ Federal aviasia idarəsi göyərtəsində altı sərnişini olan tək mühərrikli "Havilland DHC-2" və digər kiçik "Piper Aztec" təyyarələri havada toqquşub. Nəticədə altı nəfər faciə yerində, daha bir nəfər xəstəxanaya aparılarkən aldığı xəsarətlərdən həlak olublar.

 

H.Knopun ölümü ilə bağlı məlumat siyasətçinin həmkarları tərəfindən təsdiqlənib.

Federal aviasiya idarəsi və milli təhlükəsizlik şurası araşdırmalar aparır.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir