Modern.az

Jurnalist polisdən şikayətçi oldu – DİN-dən REAKSİYA

Jurnalist polisdən şikayətçi oldu – DİN-dən REAKSİYA

1 Avqust 2020, 13:34

 

Paytaxtın Nizami rayonunda "Anadolu" agentliyinin Bakı nümayəndəliyinin əməkdaşı Rəsul Rəhimovun yol polisi haqqında iddiaları araşdırılıb.

Məsələ ilə bağlı Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev Modern.az-a bildirib ki, Rəsul Rəhimov avtomobilini yolun hərəkət hissəsində park etdiyinə görə ərazidə xidmət aparan yol patrul xidməti xidməti əməkdaşları tərəfindən ona irad bildirilib:

"Qanunun tələbləri, ərazidə sıxlığın aradan qaldırılması üçün görülən tədbirlərlə həmin avtomobil ərazidən uzaqlaşdırılıb. Yaranan analışmazlıq sürücüyə izah olunub. Hər hansı kobudluq və digər qanundankənar hərəkət aşkar olunmayıb, iddiallar əsassızdır".

 

Qeyd edək ki, R.Rəhimov xidməti vəzifəsini yerinə yetirərkən polis əməkdaşları tərəfindən ona kobufluq edildiyini bildirib:

"Yolun kənarında avtomobili saxlayıb "İhlas" xəbər agentliyinin əməkdaşı Kamil Nadirli ilə çəkiliş edəcəyimiz məkana daxil olmaq üçün növbə gözləyirdik. Bu zaman 99 YP 279 dövlət nömrə nişanlı, patrul avtomobilindən düşən əməkdaş özünü təqdim etmədən, kobud şəkildə bizə ərazini tərk etməyimizi dedi. Baxmayaraq ki, orada Post Patrul Xidməti əməkdaşları da var idi və onlar bizim nə üçün gözlədiyimizi bilirdilər. Yol polisinə izah etməyə çalışdım ki, çəkilişə gəlmişik. Amma o bizi dinləmədi. Qolumdan yapışaraq Post Patrul Xidməti əməkdaşlarına "bunu basın maşına aparın" dedi. Təbii ki, məsələni bildikləri üçün PPX əməkdaşları özləri izahat verdilər. Bundan sonra yol polisi əməkdaşı çıxıb getdi", - R.Rəhimov bildirib.

Jurnalist qeyd edib ki, heç bir artıq hərəkət etmədiyi halda bu cür kobudluqla üzləşib: "Özünü təqdim etmədiyi üçün adını bilmədik. Sadəcə, Nizami rayon Yol Polisi Şöbəsinin əməkdaşı olduğunu bildim. İstədim ki, yol polisi adına xələl gətirən bu cür əməkdaşlar cəzalandırılsın. Biz hər zaman dövlətin keşiyində olan yol polislərinin əməyini yüksək qiymətləndiririk. Amma bu cür neqativ hallar olmamalıdır".

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu