Modern.az

ABŞ-da həbsxanada qiyam qalxdı

ABŞ-da həbsxanada qiyam qalxdı

2 Avqust 2020, 14:51

ABŞ-ın Corciya ştatının Uyaycross şəhərindəki həbsxanada məhkumlar qiyam törədiblər.

 

Modern.az-ın “Newsweek” internet saytına istinadən məlumatına görə, bu hadisələr zamanı həbsxananın iki əməkdaşı yaralanıb.

 

Həbsxanada iğtişaşlar şənbə günü yerli vaxtla axşam saat 22.40-da başlayıb. Cəzaçəkmə müəssisəsinin rəsmi nümayəndəsi hadisə barədə bunları deyib:

 

"İnsident nəzarət altındadır. İki əməkdaşımız yüngül yaralanıb, iki məhkum isə həyati təhlükəsi olmayan xəsarət alıb". 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi