Modern.az

Deputat erməni təxribatı  ilə bağlı Asiya Parlament Assambleyasına müraciət etdi

Deputat erməni təxribatı  ilə bağlı Asiya Parlament Assambleyasına müraciət etdi

Aktual

2 Avqust 2020, 21:28

Azərbaycanın Asiya Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Qənirə Paşayeva nümayəndə heyəti adından Asiya Parlament Assambleyasına üzv ölkələrə işğalçı Ermənistanın iyulun 12-dən başlayaraq Tovuz rayonu istiqamətində törətdiyi təxribatlar, ön cəbhə kəndlərində mülki vətəndaşları hədəfə almaları kimi vandalizm əməlləri, işğalçı Ermənistan rəhbərliyinin cinayətkar əməlləri barədə geniş məlumatların öz əksini tapdığı müraciət ünvanlayıb.

 

Modern.az xəbər verir ki,  bu müraciət artıq Asiya Parlament Assambleyası baş katibliyi vasitəsilə Assambleyanın bütün üzv ölkələrinin nümayəndə heyətlərinə göndərilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü