Modern.az

“Gürcüstanın timsalında strateji tərəfdaş görmədik” – Elxan Şahinoğlunun ŞƏRHİ

“Gürcüstanın timsalında strateji tərəfdaş görmədik” – Elxan Şahinoğlunun ŞƏRHİ

Analitika

4 Avqust 2020, 17:31

Azərbaycan və Türkiyə ordusunun iştirakı ilə keçirilən genişmiqyaslı, hərbi-taktiki və uçuş təlimləri davam edir.

Bir neçə gündür təlimlərin başlamasına baxmayaraq, Gürcüstan bu məsələdə mövqeyini ifadə etməyib. Maraqlıdır, rəsmi Tbilisinin seçimi Ankara-Bakıdan yana olacaqmı?

 

Bu barədə Modern.az-a danışan “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu hesab edir ki, son hadisələrdən sonra Gürcüstanı Azərbaycana strateji tərəfdaş hesab etmək düzgün deyil:

“Bu ölkəni sadəcə tərəfdaş adlandıra bilərik. Bir pillə endirsək daha məqsədəuyğun olar.

Strateji müttəfiq sənin haqlı tələblərini dəstəkləyən, müdafiə edən dövlət nəzərdə tutulur. Biz bunu Gürcüstanın timsalında görmədik. Tovuz döyüşləri zamanı Gürcüstan prezidenti “balanslı” açıqlama verdi və faktiki bizimlə Ermənistanı eyniləşdirdi. Halbuki tərəfdaşı bizik, boru xətləri bizdən keçir, kreditləri biz veririk. Bunu Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili də etiraf edir ki, Azərbaycanın dəstəyi olmasa Gürcüstan üçün çox çətin olar”.

 

  1. Şahinoğlu xatırladıb ki, bütün bunlar göz önündəykən Gürcüstan bizimlə ermənilər arasında “balans” yaratmağa çalışır:

“Hələ aydın deyil ki, Serbiyadan Ermənistana aparılan silahlar hansı ölkənin üzərindən keçirilib. Bunun özü araşdırılmalıdır. Ona görə, Gürcüstana o qədər də arxayın deyiləm. Bizim strateji müttəfiqlərimiz bəllidir: Türkiyə, Pakistan, Ukrayna və s.-dir . Son hadisələr zamanı Ukrayna Azərbaycanın mövqeyini dəstəklədi. Halbuki biz Ukraynaya Gürcüstan qədər kredit verməmişik. Oradan borularımız keçmir. Dəstək bir kənara BMT-nin 4 qətnaməsini xatırlatdı.

Gürcüstan-Türkiyə müdafiə nazirləri də ara-sıra görüşüb, fikir mübadilələri aparırlar. Təklif olunsa belə Gürcüstanın təlimlərə qatılıb-qatılmayacağı mənim üçün böyük sual altındadır. Gürcüstan bizə Türkiyə qədər yaxın deyil”.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar