Modern.az

Ukraynadakı prezident seçkilərində Rusiya qalib gəldi

Ukraynadakı prezident seçkilərində Rusiya qalib gəldi

Təhsil

18 Yanvar 2010, 18:03

Ukraynada narıncı mövsüm bitdi.  Modern.az-ın Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, Mərkəzi Seçki Komissiyası səslərin 93,6 faizinin hesablanmasından sonra 10 faiz səs çoxluğu ilə Viktor Yanukoviçin baş nazir Yuliya Timoşenkodan irəlidə olduğunu bildirib.  İlkin nəticə 2004-cü il narıncı inqilabının banisi - prezident Viktor Yuşşenkonun hakimiyyətinin başa çatmasını birmənalı şəkildə təsdiqləyib.
Rusiya Ukraynada keçirilmiş prezident seçkilərinin ilkin nəticələrini alqışlayıb. Beləki, ikinci dövrədə qarşılaşacaqları gözlənilən Yanukoviç və Timoşenko Moskva ilə daha sıx əlaqələr və NATO-ya üzvlük ideyasından əl çəkilməsi barədə bəyanatlar veriblər.
Mətbuat bildirir ki, ikinci dövrənin nəticələrindən asılı olmayaraq Ukraynanın xarici siyasətində və habelə daxili demokratik həyatda ciddi dönüşlər yaranacaq.

“The Christian Science Monitor” yazır ki, prezident seçkilərinin yekunları göstərir ki, Ukrayna Rusiyaya doğru dönür. Qəzetə görə, Qərbdə Yanukoviçin prezident seçkilərində liderlik etməsi şok kimi qarşılanıb. 
Qəzet yazır ki, nə Yanukoviç, nə Timoşenko, nə də 3-cü yeri tutan Tiqipko Moskavanı narazı salan hər hansı bəyanat verməyiblər.  “Moskva Ukraynada geopolitik vəziyyətin dönüşündən o qədər məmnundur ki, hətta Kiyevə tezliklə səfir göndərəcəyini bəyan edib”-deyə qəzet  yazır.
Əgər doğrudan da Ukrayna üzünü Şərqə çevirərsə, onda Moskva və Avropa arasında siyasi, energetika və təhlükəsizlik sahəsində  mübahisələr dərinləşəcək. Ukraynalıların çoxü Yuşşenkonu narıncı inqilabın yaratdığı şansı əldən verdiyinə görə ittiham edirlər. Tənqidçilərə görə, Yuşşenko qərb və milliyətçi ideyaları  az təbliğ edib. “O özünü bütün xalqın prezidenti kimi yox, əhalinin bir hissəsinin lideri kimi aparıb”-deyə “The Christian Science Monitor” qeyd edir.
Qəzet yazır ki, əgər namizədlər arasında səs fərqi  az olsa,  Ukraynada vəziyyətin gərginləşməsi mümkündür. Bütün tərəflər bir-birlərini seçki saxtakarlıqlarında ittiham edir və tərəfdarlarını küçələrə çıxaracaqlarını vəd edirlər.

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir