Modern.az

Livanda partlayışla bağlı həbslər başladı

Livanda partlayışla bağlı həbslər başladı

5 Avqust 2020, 20:09

Livan hökuməti Beyrutdakı partlayışdan dolayı liman məmurları barəsində ev dustaqlığı qərarı verib.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, belə qərarın verilməsinə səbəb kimi 2750 ton ammonium nitratın 6 il ərzində Beyrut limanında saxlanılması göstərilib.

Ev dustaqlığına məhkum edilmiş məmurların sayı açıqlanmayıb.

Qeyd edək ki, ötən gün baş verən partlayış nəticəsində ən azı 113 nəfər ölüb. Yaralıların sayı isə 4 mindən çoxdur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır