Modern.az

“Qarabağ” \"Keşlə\"yə şans vermədi

“Qarabağ” \

5 Avqust 2020, 21:38

Qəbələdə təlim-məşq toplanışında olan “Qarabağ” “Keşlə” ilə yoxlama oyununa çıxıb.

 

Modern.az xəbər verir ki, ilk matçda 3:1 hesabı ilə qalib gələn ağdamlılar bu dəfə də meydanı qələbə ilə tərk edib. Qurban Qurbanovun yetirmələri rəqibini dörd cavabsız qolla məğlubiyyətə uğradıb.

Qeyd edək ki, “Keşlə” bunadək “Qarabağ” (1:3), “Zirə” (1:0) və “Səbail”lə qarşılaşıbsa, “Qarabağ” “Keşlə” (3:1), “Sabah” (1:2) və “Neftçi” (1:0) ilə görüşüb.

Yoxlama oyunu
5 avqust
19:00. “Qarabağ” – “Keşlə” – 4:0

Kvabena Ovusu, Kevin Medina, Mahir Emreli (2)

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi