Modern.az

Süni tənəffüs cihazına qoşulan COVİD-19 xəstələrinin sayı AÇIQLANDI

Süni tənəffüs cihazına qoşulan COVİD-19 xəstələrinin sayı AÇIQLANDI

5 Avqust 2020, 22:03

Azərbaycanda son 24 saatda koronavirusla bağlı daha 7 883 nəfər test edilib.

 

TƏBİB-dən Modern.az-a verilən məlumata görə, indiyədək  ölkədə 759 129 nəfər koronavirusa qarşı test edilib.

 

Ölkədə 193  yeni yoluxma, 3 ölüm qeydə alınıb.

Qeyd edək ki, indiyədək ölkəmizdə 33 103 nəfər virusa yoluxub, 476 nəfər  ölüb, 28 840  nəfər isə sağalıb. Son sutka ərzində 492 nəfərin müalicəsi başa çatdığı üçün evə buraxılıb. Hazırda müalicəsi davam edən xəstələrin sayı 3 787  nəfərdir.

Məlumata görə, hazırda reanimasiyada 255 nəfər müalicə alır, 51 nəfər isə süni tənəffüs cihazına qoşulub.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi