Modern.az

Fəhlənin qolu amputasiya olundu

Fəhlənin qolu amputasiya olundu

5 Avqust 2020, 22:14

Zaqatalada zavodunda işləyən fəhlənin qolu bədbəxt hadisə nəticəsində  amputasiya olunub.

Modern.az xəbər verir ki, hadisə bu gün axşam saatlarında Zaqatala rayonu ərazisində fəaliyyət göstərən asfalt zavodunda baş verib.

Zavodda fəhlə işləyən, Balakən rayon sakini, 1967-ci il təvəllüdlü Eldar Süleyman oğlu Dərvişzadə ehtiyatsızlıqdan sağ qolundan ağır xəsarət alıb. E.Dərvişzadə iş yoldaşlarının köməkliyi ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

O, dərhal əməliyyat olunub, sağ qolu bazu hissədən amputasiya olunub.

Faktla bağlı araşdırma aparılır. (APA)

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər