Modern.az

Tahir Mirkişili: “Əminik ki, Operativ Qərargaha ünvanlanan təkliflərə baxılacaq”

Tahir Mirkişili: “Əminik ki, Operativ Qərargaha ünvanlanan təkliflərə baxılacaq”

6 Avqust 2020, 12:28

“Tələbə kreditləri, tələbə xərcləri ilə bağlı məsələlər dövlət büdcəsinin dəyişməsinə səbəb ola bilər. Buna görə də məsələ qanunverici orqanla müzakirə olunmalıdır. Üçüncü oxunuşa qədər bu məsələyə baxıla bilər”.

Modern.az-ın xəbərinə görə, bunu Milli Məclisin iclasında “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə layihənin müzakirəsi zamanı İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.

Parlamentin komitə sədri bildirib ki, iqtisadi fəaliyyətin bərpa olunması ilə bağlı məsələyə hökumət və Operativ Qərargah baxır:

“Əminik ki, həmin sahələrin fəaliyyətinin bərpa olunması ilə bağlı yaxın vaxtlarda qərarlar olacaq”.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi