Modern.az

“Ölkədəki su problemi ilə bağlı ilkin təkliflər verilib”Nazir müavini

“Ölkədəki su problemi ilə bağlı ilkin təkliflər verilib” – Nazir müavini

Aktual

6 Avqust 2020, 12:37

“Su problemi ilə bağlı müvafiq komissiya yaradılıb. Baş nazirin müavini həmin komissiyaya rəhbərlik edir. İlkin təkliflər artıq verilib”.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin iclasında “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə layihənin müzakirəsi zamanı Maliyyə nazirinin müavini Azər Bayramov deyib.

Nazir müavini bildirib ki, su problemi ilə əlaqədar “Azərsu” və digər qurumlara vəsait ayrılması nəzərdə tutulur:

“Qeyd etmək lazımdır ki, bu qurumlara 2019-cu ildə ayrılan vəsaitlərin də bir hissəsindən hələ istifadə olunmayıb. Onlar da istifadə ediləcək”.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır