Modern.az

Deputat: “Prezidentin dünənki çağırışlarına mütləq cavab verilməlidir”

Deputat: “Prezidentin dünənki çağırışlarına mütləq cavab verilməlidir”

7 Avqust 2020, 09:29

Ötən gün Prezident İlham Əliyevin iştirakı ilə  koronavirus pandemiyası ilə mübarizədə görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda müşavirə keçirilib.

 

Modern.az Milli Məclisin deputatı Etibar Əliyevin Prezident İlham Əliyevin dünən videoformatda keçirdiyi müşavirə ilə bağlı rəyini öyrənib.


Deputat qeyd edib ki, dünən ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirilən müşavirədə ölkə başçısı tərəfindən olduqca maraqlı və aktual fikirlər səsləndirilib


Prezidentin çıxışından sitat: “Əlbəttə, xərclərə dövlət nəzarəti mexanizmi daha da təkmil olmalıdır. Burada, əlbəttə ki, dövlət qurumları konkret əlavə təkliflər verməlidirlər və ictimai nəzarət olmalıdır. Bizim üçün böyük əhəmiyyət kəsb edən bütün layihələrin icrasında ictimaiyyət nümayəndələri iştirak etməlidirlər. Mən su ilə bağlı müşavirədə qeyd etdim. Alimlər, qeyri-hökumət təşkilatları, mütəxəssislər, media nümayəndələri - onlar da bu işlərdə iştirak etsinlər. Onlar öz təkliflərini versinlər. Yəni, geniş ictimaiyyət gərək bu işlərə cəlb olunsun. Onda bizim işimiz daha rahat gedəcək və xərclərə nəzarət mexanizmi bir neçə təbəqədən ibarət olacaq".


E.Əliyev bildirib ki, Prezidentin 16 yanvar 2014-cü ildə imzaladığı sərəncamı ilə “İctimai İştirakçılıq haqqında” Azərbaycan Respublikasının qanunu qəbul olunub:


“Çox mütərəqqi bir qanundur. Bu qanunun hazırlanmasında QHT-lərə Dövlət Dəstəyi Şurasının əvəzsiz rolunu xüsusilə qeyd etmək istərdim. Müşavirədə Prezident İlham Əliyevin adını çəkdiyi qurumların heç birində İctima Nəzarət şuraları fəaliyyət göstərmir. İctimai Nəzarət şuraları bir neçə nazirlikdə, komitələrdə və ali məktəblərdə yaradılsa da, Təhsil Nazirliyi və 1-2 ali məktəb istisna olmaqla onların fəaliyyəti qənatbəxş deyil. Prezidentin ictimai nəzarəti yenidən gündəmə gətirməsi belə şuraların işində dönüş yaratmalıdır”.


Deputat deyib ki, bu ilin martın 10-da altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasıdakı çıxışında Prezident İlham Əliyev parlamentin qarşısına çox ciddi vəzifələr qoyub: 


“Mövcud olan qanunların təkmilləşdirilməsinə baxmaq, onları təftiş etmək lazımdır. İcra strukturlarına mənim tərəfimdən göstəriş verilmişdir ki, qəbul edilmiş qanunların icrası nə yerdədir. Biz bir çox gözəl qanunlar qəbul edirik, eyni zamanda, Prezident tərəfindən bir çox önəmli sərəncamlar imzalanır, ancaq onların icrasına nəzarət lazımi səviyyədə deyil. Ona görə Prezident Administrasiyasında xüsusi şöbə yaradıldı. Hesab edirəm ki, Milli Məclis, deputatlar da bu işlərlə məşğul olmalıdırlar. Baxın, görün, qəbul olunmuş qanunlar icra edilir, yoxsa edilmir, bu qanunları pozurlar, yoxsa pozmurlar. Əgər belə hallar aşkarlanarsa, onda əlbəttə ki, ciddi cəza tədbirləri görülməlidir”.

Etibar Əliyevin sözlərinə görə, Prezidentin bu çağırışı Dövlət qurumları və deputatlar üçün örnəkdir. “Hesab edirəm ki, “İctimai İştirakçılıq haqqında Azərbaycan Respublikası qanunu”nun icrasına ciddi nəzarət təşkil olunmalıdır”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?