Modern.az

Təyyarə qəzasında 14 nəfər öldü - YENİLƏNİB

Təyyarə qəzasında 14 nəfər öldü - YENİLƏNİB

7 Avqust 2020, 22:32

Hindistanda baş verən təyyarə qəzasında 14 nəfər ölüb.

 

Modern.az xarici mediaya istinadən xəbər verir ki, qəza zamanı 20-dən çox insan yaralanıb.

Məlumata görə, yaralılardan 15-nin vəziyyəti ağırdır.

 

20:02

 

Hindistanda  göyərtəsində 174 sərnişin olan təyyarə qəzaya uğrayıb.

Modern.az  xarici mediaya istinadən xəbər verir ki, qəza zamanı təyyarədə 6 heyət üzvü olub.

Dubaydan uçan təyyarə Hindistanın Kerala ştatının Kəlkətə hava limanına eniş edərkən uçuş-enmə zolağından çıxaraq qəzaya uğrayıb.

Hava yollarının sözçüsü bildirib ki, qəza nəticəsində bir neçə nəfər xəsarət alıb. Yerli media isə ən azı 40 adamın yaralandığını yazır.

Xilasetmə və təcili yardım qüvvələri qəza baş verən yerə gəlib. Qəza nəticəsində ölənlərin olub-olmadığı hələlik məlum deyil.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır