Modern.az

Azərbaycanda siyasi partiya Haitiyə yardım etməyə çağırdı

Azərbaycanda siyasi partiya Haitiyə yardım etməyə çağırdı

Təhsil

18 Yanvar 2010, 17:17

Modern.az saytı xəbər verir ki, bu gün Bütöv Azərvaycan Xalq Cəbhəsi Partiyası Haitidə baş vermiş zəlzələ ilə bağlı Azərbaycanı bu ölkəyə kömək etməyə çağırıb.
Haitidə baş verən zəlzələni bəşər tarixinin ən ağır faciələrindən biri kimi dəyərləndirən partiya hesab edir ki, Azərbaycan hökuməti bu kasıb ölkəyə yardım göstərməlidir: “Yüz minlərlə insanın faciəsi heç bir halda diqqətdən kənarda qalmamalı, insanlıq duyğusu olan hər kəs təbii fəlakətin gətirdiyi ağır nəticələrin qismən də olsa aradan qaldırılması üçün Haiti xalqına dəstək olmalıdır”.
Partiya həmçinin Azərbaycanın Rusiyanın işğalı dəstəkləyən dövlət olduğunu rəsmən açıqlanmasını, Moskvanın vasitəçilik missiyasından imtina etməsi, Rusiya ilə münasibətlərinə yenidən baxmaqla torpaqlarımızın hərbi yolla azad edilməsi üçün ciddi hazırlıqlara başlaması, 20 Yanvar faciəsi və Xocalı soyqırımı ilə bağlı istintaq materiallarının məhkəməyə təqdim olunması, günahkarlar barədə qiyabi də olsa hökm çıxarılması təklifi ilə də çıxış edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır