Modern.az

Prezidentin çıxışı ölkəmizin inkişafında və idarəçilikdə yeni bir mərhələnin başladığından xəbər verir

Prezidentin çıxışı ölkəmizin inkişafında və idarəçilikdə yeni bir mərhələnin başladığından xəbər verir

Aktual

8 Avqust 2020, 10:00

Prezident İlham Əliyev koronavirusla mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı 2020-ci il 6 avqustda keçirdiyi müşavirədəki çıxışında bir çox sahələrdə həyata keçirilən tədbirlərin mahiyyətinə aydınlıq gətirməklə yanaşı, ölkəmizin gələcəyi və inkişafı üçün müstəsna əhəmiyyət kəsb edən istiqamətlərə də nəzər saldı. Cənab Prezidentin çıxışında pandemiyaya qarşı mübarizə tədbirləri, sosial dəstək layihələrin icrası, iqtisadi inkişafın təhlili, iqtisadiyyatın liberallaşması ilə bağlı yer alan fikirlər vətəndaşlarımızın sağlamlığının qorunması və rifahının təmin edilməsi, ölkəmizin gələcək inkişafı ilə bağlı yeni yol xəritələrinin – köklü islahatların anonsu kimi də qəbul oluna bilər.

 

Bunu Modern.az saytına açıqlamasında Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Azər Kərimli deyib.

 

Millət vəkilinin sözlərinə görə, dövlət başçısının koronavirusla mübarizədə atılacaq addımlar barədə səsləndirdiyi fikirlər, dünyanın bir çox ölkələrində COVİD-19-a yoluxanların sayının artdığı bir zamanda ən real yanaşmadır və ölkə vətəndaşlarının sağlamlıqlarının, həyatlarının qorunmasına xidmət edir:

 

“Azərbaycan Prezidenti qeyd etdi ki, koronavirusla mübarizədə vəziyyətə uyğun addımlar atılacaq, karantin rejimi nə vaxt mümkünsə o zaman da yumşaldılacaq. Fransa, Böyük Britaniya, İspaniya, Pribaltika respublikaları və digər dövlətlərdə yoluxma hallarının artması, yumşalmalarla bağlı addımların vaxtından əvvəl atılmasının nə qədər təhlükəli olduğunu nümayiş etdirir. Mən bəzi həmkarlarımın yumşalma tədbirləri ilə bağlı səsləndirdiyi fikirlərlə də razı deyiləm. “Hər yer açılısın” demək çox asandır, amma geridə qalan zaman kəsiyi, yumşalmalardan sonra yoluxma hallarının artması, bizdən daha ehtiyatlı, daha məsuliyyətli davranmağı tələb edir. Düşünürəm ki, artıq ətrafımızda baş verən hadisələr, tanıdığımız insanların bu ölümcül virusun qurbanına çevrilməsi, gənc insanların həyatlarını itirməsi hər birimizdə koronavurusun nə qədər təhlükəli olduğu barədə qənaət formalaşdırmalıdır. Cənab Prezident də çıxışında qeyd etdi ki, karantin rejiminin hamını yorduğunu çox yaxşı başa düşür. Təbii ki, koronavirusa qarşı mübarizənin ön cərgəsində olan, fasiləsiz fəaliyyət göstərən insanlar bu rejimin tez bir zamanda başa çatmasını hər kəsdən çox arzulayırlar. Azərbaycan COVİD-19-la mübarizədə kifayət qədər təcrübə qazanıb və bu baxımdan müvafiq hazırlıq görülmədən, insanları daha məsuliyyətli davranmağa sövq edəcək tədbirlər həyata keçirilmədən karantin rejiminin yumşaldılması bizi hər şeyi yenidən başlamaq təhlükəsi qarşısında qoya bilər”.

 

Azər Kərimli qeyd edib ki, Azərbaycan Prezidentinin iqtisadiyyatın liberallaşdırılması ilə bağlı ciddi addımların atılmasının labüdlüyünü vurğulaması, ölkənin iqtisadi inkişafının dayanıqlılığı, kənar amillərdən asılılığının azaldılması baxımından müstəsna önəm kəsb edir: “Dövlət başçısının da qeyd etdiyi kimi, özəlləşdirmə sahəsində daha geniş islahatlar aparılmalıdır. Dağılmış müəssisələrin bərpası, yaxud onların ərazilərində sənaye müəssisələrinin yaradılması həm iqtisadiyyatımızın inkişafı, həm də məşğulluğun təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bu həm də azad bazar iqtisadiyyatının şərtləri əsasında formalaşan ədalətli rəqabət mühitini stimullaşdıra, iqtisadi inkişafımıza böyük töhfə verə bilər”.

 

Millət vəkili qeyd edib ki, Prezident İlham Əliyevin dövlət şirkətlərinin itkilərinin aradan qaldırılması, bu sahəyə ictimai nəzarətin gücləndirilməsi ilə bağlı səsləndirdiyi fikirlər bu sektorda xərclərin optimallaşdırılması və rentabelliyin artırılması baxımından da mühüm əhəmiyyətə malikdir: “Hesab edirəm ki, cənab Prezidentin avqustun 6-da keçiridiyi müşavirədəki çıxışı ölkəmizin inkişafında və idarəçilikdə yeni bir mərhələnin başladığından xəbər verir”.

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi