Modern.az

Prezidentin köməkçisi: “Növbəti həftə təhsillə bağlı suallara tam aydınlıq gətiriləcək”

Prezidentin köməkçisi: “Növbəti həftə təhsillə bağlı suallara tam aydınlıq gətiriləcək”

8 Avqust 2020, 11:37

Məktəblərdə tədrisin bərpası ilə bağlı müzakirələr davam edir.

 

Modern.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov bildirib.

Ş.Mövsümov qeyd edib ki, bunun üçün dünya praktikası da nəzərdən keçirilir:

 

"Hazırda əlimizdə hansısa resept yoxdur ki, ondan istifadə edək. Həm də vəziyyət o qədər dinamik dəyişir ki, qərar verilənədək rəqəmlər başqa istiqamətdə dəyişir. Amma növbəti dəfə təhsillə bağlı suallara tam aydınlıq gətiriləcək".

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər