Modern.az

Naftalanın icra başçısı vətəndaşlarla növbəti onlayn qəbul keçirib - FOTOLAR

Naftalanın icra başçısı vətəndaşlarla növbəti onlayn qəbul keçirib - FOTOLAR

Aktual

10 Avqust 2020, 14:41

Avqustun 10-da Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov  müracət edən vətəndaşlarla növbəti onlayn qəbul keçirib.

Modern.az xəbər verir ki, Şəhər İcra Hakimiyyətinə  gələn vətəndaşların qəbulda iştirakı üçün karantin rejiminin tələbləri gözlənilməklə şərait yaradılıb. Belə ki, onlar idarəyə daxil olmazdan öncə dezinfeksiyaedici məhlullarla əllərini təmizləyib və qoruyucu tibbi maskalarla təmin ediliblər. Qəbula gələn vətəndaşlar növbəli şəkildə fikirlərini səsləndiriblər.

 

Dinlənilmiş bütün vətəndaş  müraciətləri qeydiyyata alınaraq nəzarətə götürülmüşdür. Qəbul zamanı bir neçə vətəndaşa müvafiq izahat verilib, bəzi qaldırılan məsələlərin həlli aidiyyəti qurum və təşkilat rəhbərlərinə tapşırılıb və onların həlli nəzarətə götürülüb.

Ümumilikdə 20-dən çox vətəndaşın müraciəti  dinlənilib. Müraciətlərin əsas məzmunu işlə təmin olunma, torpaq sahəsi əldə edilməsi və sair məsələrlə bağlı olub.

Onlayn  qəbul  zamanı bir daha hər bir vətəndaşa karantin rejiminin şərtllərinə əməl etmələrini  tövsiyə edib.

 

Qəbula  gələnlər  onların şikayət və təkliflərinin  dinlənilməsindən məmnunluqlarını ifadə edərək ölkədə, o cümlədən Naftalanda həyata keçirilən müxtəlif sosial layihələrə, abadlıq-quruculuq işlərinə görə möhtərəm cənab Prezident İlham Əliyevə və Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevaya sonsuz minnətdarlıqlarını bildiriblər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?