Modern.az

Musa Quliyev Gəncədə seçicilərlə görüşüb - FOTOLAR

Musa Quliyev Gəncədə seçicilərlə görüşüb - FOTOLAR

Aktual

10 Avqust 2020, 15:34

Milli Məclisinin Əmək və sosial siyasət komitəsinin sədri, Kəpəz ikinci (Gəncə) seçki dairəsindən deputat Musa Quliyev bu gün seçicilərlə növbəti görüşünü keçirib.

 

Modern.az xəbər verir ki, 50-yə yaxın seçicinin iştirak etdiyi görüşdə daha çox Qarabağ əlilləri, şəhid ailələri iştirak edib.

 

Görüşdə Operativ Qərargahın tələblərinə uyğun olaraq, ara məsafəsi gözlənilib və maskadan istifadə edilib.

 

YAP Gəncə Şəhər Təşkilatının Mərkəzi Qərargahında baş tutan görüşə Şəhər Təşkilatın Aparat rəhbəri, icra başçısının müavini də qatılıb.

 

Deputat seçicilərinin bir çox sosial məsələlərlə bağlı problemlərini dinləyib  və müraciətlərin həlli istiqamətində aidiyyatı qurumlar qarşıaında məsələ qaldıracağını bildirib.

 

Seçicilər isə daha çox iş yerləri, xəstəliklər, mənzil, reabilitasiya məsələləri ilə bağlı müraciət ediblər.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır