Modern.az

Deputat Belarusda keçirilən seçkiləri dəyərləndirdi

Deputat Belarusda keçirilən seçkiləri dəyərləndirdi

Aktual

10 Avqust 2020, 17:29

“Bu gün Belarus Mərkəzi Seçki Komissiyası ilkin  səsverməni açıqladı. Həmçinin avqustun 14-də son nəticələri açıqlayacaqlar. Aleksandr Lukaşenko 80%-dən çox səs toplayıb.  Prezidentliyə namizəd kimi əsas üstünlük cənab Lukaşenkodadır”. Bu fikirləri Modern.az-a Belarusda prezident seçkilərini müşahidə edən deputat Arzu Nağıyev  deyib.

 

Parlamentarinin sözlərinə görə, dünənki seçki prosesində aktivlik müşahidə olunurdu:

“MSK-nın açıqlamalarına görə 3 milyondan artıq seçici səsverməyə qatılıb. Bu 80%-dən çoxdur. Normal seçki prosesi keçdi. Seçki bitəndən sonra səslərin sayılması prosesində də iştirak etdik. Dövlət tərəfindən akkreditasiya olunmuş Exit-Pol nümayəndələri ilə də görüşdük. Beynəlxalq müşahidəçilər üçün proses tam şəffaf idi”.

 

Arzu Nağıyev seçkilərdən sonra Minskdəki etirazlara da münasibət bildirib:

“Təbii ki, bu, seçki prosesidir. Razı və narazı qüvvələrin olması normaldır. Hazırda Minskdə sakitlikdir”.

 

Xatırladaq ki, prezident seçkilərində Aleksandr Lukaşenko seçicilərin 80,23% səsini toplayaraq qalib olub.

 Qeyd edək ki, Azərbaycan nümayəndə heyətinin tərkibində MDB Parlamentlərarası Assambleyası Azərbaycan Milli Məclisinin daimi nümayəndəsi, Şuranın Baş katibinin müavini Aydın Cəfərov, Milli Məclisin deputatları Azər Badamov, Naqif Həmzəyev, Arzu Nağıyev və Kamran Bayramov dünən  Belarusda keçirilən prezident seçkilərini müşahidə ediblər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir