Modern.az

Nişan mərasimi keçirmək istəyən 8 nəfər saxlanıldı

Nişan mərasimi keçirmək istəyən 8 nəfər saxlanıldı

10 Avqust 2020, 18:38

Şabranda karantin rejiminin qaydalarını pozaraq nişan mərasimi keçirmək istəyən şəxslər saxlanılıb.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Modern.az-a verilən məlumata görə, Şabran Rayon Polis Şöbəsinə rayon sakini Saleh Salahova məxsus fərdi yaşayış evində nişan mərasimi keçirilməsi barədə məlumat daxil olub. Dərhal RPŞ-nin əməkdaşları adıçəkilən ünvana gələrək nişan mərasimini dayandırıblar, məclisin təşkilatçısı və digər qonaqlar saxlanılaraq polis şöbəsinə gətiriliblər.

 

Şöbədə onlarla profilaktiki söhbətlər aparılaraq karantin rejiminin qaydaları izah olunub. Ev sahibi və 7 məclis iştirakçısı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimələniblər.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi