Modern.az

Xəzərdə itkin düşən neftçinin meyiti tapıldı

Xəzərdə itkin düşən neftçinin meyiti tapıldı

10 Avqust 2020, 20:57

“Azneft” İstehsalat Birliyinin strukturuna daxil olan “Abşeronneft” Neft-Qaz Çıxarma İdarəsinin 3-cü mədəninin operatoru, 1975-ci il təvəllüdlü Kazımov Elşənin meyiti dənizdən çıxarılıb.  

Modern.az xəbər verir ki, bu barədə hüquq müdafiəçisi, "Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı" (NHMT) İctimai Birliyinin rəhbəri Mirvari Qəhrəmanlı feysbuk hesabında məlumat yayıb.


Qeyd edək ki, ötən gün “Abşeronneft” NQÇİ-nin 1100 saylı stasionar dəniz özülündə neft və qaz hasilatı üzrə operator işləyən Kazımov Elşən Səfiyar oğlunun növbənin sonunda - saat 19:00 radələrində iş yoldaşları tərəfindən özüldə olmadığı müəyyən edilmişdi.

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?