Modern.az

Türkiyədə xüsusi təyinatlı zabitlər qəzada həlak oldu

Türkiyədə xüsusi təyinatlı zabitlər qəzada həlak oldu

10 Avqust 2020, 21:13

Türkiyənin Hakkari vilayətinin Yüksəkova rayonunda zirehli maşının devrilməsi nəticəsində xüsusi təyinatlı iki polis zabiti həlak olub.

Modern.az  xəbər verir ki, bu barədə məlumatı Türkiyə Daxili İşlər Nazirliyi yayıb.

Həlak olan Adnan Qısarın cənazəsi Antalyada, Osman Gülün cənazəsi isə Qəhrəmanmaraşda dəfn olunub.

Hər iki dəfn rəsmi mərasimlə keçirilib.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir