Modern.az

Bakıda 24 yaşlı gənc dənizdə boğuldu

Bakıda 24 yaşlı gənc dənizdə boğuldu

Aktual

10 Avqust 2020, 22:06

Bakıda 24 yaşlı oğlan dənizdə boğulub.

Modern.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xəzər rayonu, Buzovna qəsəbəsində, dənizdə (qeyri çimərlik ərazidə) 1 nəfərin batması barədə məlumat daxil olub.

Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilən tədbirlər nəticəsində 1996-cı il təvəllüdlü İbrahimov Kənan Firuz oğlunun meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!