Modern.az

Dünyanın ilk kağız fabrikinin yaradıcısı ilə Azərbaycanı nə bağlayır?

Dünyanın ilk kağız fabrikinin yaradıcısı ilə Azərbaycanı nə bağlayır?

11 Avqust 2020, 12:03

Kağızın vətəni Çin hesab olunur. Bu ölkədə ilk dəfə 105-ci ildə kağızın hazırlandığı texnika kəşf olunub. Amma texnologiyanı digər xalqlardan gizlətməyə çalışan çinlilər onun kütləvi istehsalına başlamamışdılar. Ərəblər isə kağızın hazırlanma texnikasını 751-ci ildə Talas döyüşü zamanı ələ keçirdikləri çinli əsirlərdən öyrənmişdi.

 

Modern.az bildirir ki, kağız istehsalı ilə bağlı inqilabi addım isə 794-cü ildə, Abbasilər sarayında vəzir olan Fədl bin Yəhya tərəfindən atılıb. Kağız istehsalında pambıq və kətandan da isitfadə etməyə nail olan ərəblər məhz vəzirin təşəbbüsü ilə Abbasilər Xilafətin paytaxtı Bağdadda kağız istehsalı ilə məşğul olan zavodun əsasını qoyurlar. İstehsal xərcləri ucuzlaşdığı üçün zavodda istehsal olunan kağız kitab çapında geniş istifadə olunamağa başlayır. Qısa müddətdə Bağdadda kitab satışı ilə məşğulı olan onlarla mağaza yaranır, tarixi əsərlərin kağıza köçürülərək qorunması üçün əlverişli zəmin yaranır. Təsadüfi deyil ki, 105-ci ildə Çində məlum olan kağız istehsalı, 797-ci ildə Məkkədə, 800-cü ildə Misirdə, 980-ci ildə İspaniyada, 1100-cü ildə Bizansda, 1228-ci ildə Almaniyada və 1309-cu ildə İngiltərədə rast gəlinir.       

 

Müsəlman sivilizasiyasının dünyaya ən böyük hədiyyələrindən olan kağız istehsalında əsas rolu vəzir qeyd olunduğu kimi Fədl ibn Yəhya oynayıb. 15 il vəzir olan Yəhya 792-ci ildə Azərbaycan vilayətinin canişçini təyin olunur. Bu vəzifədə olduğu 2 il ərzində o, ciddi inzibati və vergi islahatları həyata keçirir, insanların güzəranını yaxşılaşdırır.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir