Modern.az

Karantinin tələblərini pozan obyekt sahibi 3 min manat cərimələndi

Karantinin tələblərini pozan obyekt sahibi 3 min manat cərimələndi

Aktual

11 Avqust 2020, 16:00

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində karantin rejiminin tələblərinə riayət etməyən restoran müəyyən edilib.

 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Modern.az-a verilən məlumata görə,  rayonun Katex kəndində yerləşən “Fontan” restoranında masaların bir-birinə yaxın qoyulduğu, müştərilərin sosial məsafə gözləmədən əyləşdikləri aşkarlanıb. Tətbiq edilən qaydalara əməl etməyən obyekt sahibi Ruslan Osmanov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək, o, üç min manat cərimələnib. 

 

Karantinin tələblərini pozan obyekt sahibi 3 min manat cərimələndi
Karantinin tələblərini pozan obyekt sahibi 3 min manat cərimələndi
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir