Modern.az

Peşə seçimi və gənclərin sənətə bağlılığı

Peşə seçimi və gənclərin sənətə bağlılığı

Dünya

25 May 2012, 15:19

Yazı “Deputat-tələbə əməkdaşlığı” müsabiqəsinin “Peşə seçimi və gənclərin sənətə bağlılığı" mövzusunda yazılıb

Düşünürəm ki, Azərbaycanda bu məsələ gənclərin böyük əksəriyyətinin aktual 
problemlərindən biridir və hətta deyərdim ki, ən başlıcasıdır.
Problemin səbəblərini, haradan qaynaqlandığını və nəhayət daha düzgün həlli yollarını tapmaq üçün məsələnin  kökünə enmək lazımdır.
Əvvəla onu qeyd edim ki, mövzuyla bağlı hər janrda məqalə qəbul edildiyi üçün yazacağım məqalə müşahidələrimə və səmimi düşüncələrimə əsaslanacaq. Ona görə də bir qədər sərbəst üslubdadır.
Ümumiyyətlə, hərtərəfli düşünülməsi lazım olan bir mövzudur. Hərtərəfli dedikdə gənclərin hansı kriteriyaları uyğun sənət çseçməsi sənət seçimi zamanı şəxsi istəyini və yaxud valideynlərin istəklərinin ön planda olması, istəklərinə uyğun patensialın, yəni gələcəkdə seçdiyi sənəti layiqincə icra edib-etməməsi, maddiyyatın buna yol verib verməməsi və bunun kimi bir çox məsələlər nəzərdə tutulur.
Əlbəttə, müəyyən bir yaş dövrünə gəlib çatana qədər bir çox sənətin sahibi olmaq istəyirik. Müəyyən yaşa qədər fikirlərimiz çox dəyişir. Amma elə bir zaman gəlir çatır ki, biz artıq konkret olaraq qərar verməliyik.
Bəs Azərbaycan gəncləri sənət seçimi ilə bağlı neçə qərar verirlər? Hər cür varianta rast gəlmək mümkündür. Amma böyük əksəriyyət aktual sənətlərə ya yönəlir, ya da yönəldirilir. Aktual sənətlər deyildikdə nə nəzərdə tutulur?
Hansı sənətin nüfuzu daha böyükdür, hansı sənət daha çox pul qazandırır, hansı sənət və ya peşə daha əyləncəlidir, hansı sənətlə bağlı gələcəkdə iş tapmaq mümkündür və s. Bununla yanaşı əşi hansı sənət olur olsun, əsas odur ki, gələcəkdə işim olsun, pul qazanım deyənlər də az deyil.
Ümumiyyətlə son bir neçə ildə gənclər hansı sənətin və ya peşənin sahibi olmaq istəyirəm? sualın özlərinə verdiklərinə şübhəm var. Çox güman ki, ağlınızda nəyə görə? sualı yarandı. Bunun bir çox səbəbləri var.
Bildiyimiz kimi gənclər dörd qrup üzrə imtahan verirlər. Hər qrupda da müxtəlif ixtisaslar yer alır. Qrupdakı ixtisaslardan çox fənnlər gəncləri daha çox maraqlandırır. Əsas odur ki, universitetə  girəsən və hansısa ixtisasa yiyələnəsən.
Peşə seçiminə gəldikdə isə əminəm ki, bu məsələdə könüllü çox azdır.
Artıq universitetə girmək üçün ən azı 2 il müddətində müəllim yanına getməlisən. Bu isə küllü miqdarda pul deməkdir. Və hər ailənin də buna imkanı çatmır. Həmçinin attestat almaq üçün bir sürü imtahandan keçməlisən. Bu da həm əli arşından, həm də vəli arşınından olmaq deməkdir. Onda nə etmək lazımdır? Uşağı bir il hazırlığa qoyursan. Doqquzuncu sinifdən çaxırdırsan, kollecə girdiyi halda harda olur olsun hansı peşə olur olsun oxudursan. 
Çox təəssüf ki, nə gənclər, nə də valideynlərin böyük əksəriyyəti peşənin daha çox istək və bacarıq tələb etdiyini düşünmürlər. Əsas odur ki, hardasa təhsil alıram və diplom alacam.
Səbəblərdən biri isə Azərbaycanda valideynlərin övladların qərarları üzərindəki təsirinin böyük olmasıdır. Hətta bir çox hallarda bir təsir sərhəddi aşar dərəcədədir. Bəli onlar valideynlərdir və onların övladları üzərində haqları var. Amma bu o demək deyildir ki, övlad valideynin çaldığı hər havanı oynamalıdır. Bu münasibət gənclərin sənət seçiminə də birbaşa təsir edir. Çox hallarda valideyn övladın seçiminə hörmətlə yanaşır və yönəltdirdiklər peşədə və ya sənətdə övladlarınnın gələcəyin hansı çətinliklərlə üzləşə biləcəyini düşünmürlər.
Amma əlbəttə ki, bu hər zaman belə deyil. Valideynlərin övladlarırının təhsil almasında çox böyük rol oynadığını da danmaq olmaz. Şəxsən məndə bu belədir.
Bəzən gəncləri istədikləri sənəti və ya peşəni öyrənməyə başladıqda anlayırlar ki, bu sənət və peşə onları ifadə etmir. Ümumiyyətlə heç maraqlandırmır. Amma çox hallarda müxtəlif səbəblərlə əlaqədar seçim dəyişmir. Bu da gənclərin sənətə bağlılıq problemini ortaya çıxarır. Əgər bir səbəb sənətin gənci ifadə etməməsi və bacarıb bacarmayacağıdırsa, digər səbəb isə maddi amillə bağlıdır. Nə qədər pul bir o qədər sədaqət və məsuliyyət. 
Gənclərin  düzgün və lazım olan işlə təmin olunması probleminə gəldikdə isə buna mane olan bir çox amillər var. Gənclər normal yaşayış üçün 2 və ya 3 işin qulpundan tuturlar, bu isə 3 nəfərin görəcəyi işin 1 nəfərin görməsi, işsizliyin artması mənasına gəlir.
Səbəblərdən biri isə maddiyyat imkan vermir ki, oxuduğun sənətlə əlaqədar işlə təmin olunasan. Nəticə etibarı ilə hüququ bitirən bir şəxs kimi ya dükan işlədirsən, ya da taksi sürücüsü kimi fəaliyyət göstərirsən.
Digər səbəb isə ümumiyyətlə təhsil aldığın peşə və ya sənətlə bağlı yaxşı iş tapmırsan.
Həmçinin işə qəbul  zamanı bir tərəfdən təcrübə, digər tərəfdən yüksək səviyyədə bilik tələb olunur.
Yüksək səviyyədə biliyə sahib olan gəncə az hallarda rast gəlmək mümkündür.
Ən böyük bədbəxtçilik ondadır ki, Azərbaycan gəncləri bilik üçün deyil, alacaqları diplom üçün oxuyurlar, düzgün desək vaxt keçirirlər. Praktiki baxımından onsuz da aşağı səviyyədə olan təhsil nəzəri tərəfdən də süqut eləyir. Bu isə istənilən sahədə peşəkarların yox səviyyədə olmasıyla nəticələnir.
Ümumiyyətlə bugün Azərbaycanda universiteti bitirən tələbənin öz sahəsinin yaxşı bilicisi (hələ mütəxəssis olmasını demirəm) olması üçün illərin praktikasına ehtiyacı var. Bu da ölkənin inkişafını ləngidən amillərdən birinə çevrilir və xeyrin xarici vətəndaşın mənimsəməsiylə nəticələnir. Bu da valideynin, tələbənin, müəllimin və universitet işçilərinin hər birinin eyni dərəcə məsuliyyətsizliyindən irəli gəlir.
Həmçinin təhsil sahəsində çoxlu boşluqları var. Dövlətin təhsilə nəzarəti də çox zəifdir. Əminəm ki,  təhsildən çox idmana daha çox qayğı göstərilir.
Bütövlükdə götürdükdə bütün bunlar Universitetə girən Azərbaycan gəncinin artıq II kursdan xaricdə olmağa can atmasına səbəb olur. Öz hesabına xaricə getmiş gəncin Azərbaycana qayıtması isə yüzdə bir faizdir. Məncə onları başa düşmək o qədər də çətin deyil.
Təcrübə göstərir ki, təhsil və ölkənin siyasi-iqtisadi inkişafı arasında böyük əlaqə vardır. 
Xüsusilə də təhsilə diqqət edən ölkələr inkişaf etmiş ölkələrdir. Əgər təhsil inkişaf etməzsə hələ biz çox «Peşə seçimi və gənclərin sənətə bağlığı» haqqında danışacağıq.

Elvira Fətullayeva
tələbə
 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir